Feyzi bəy Əsədulla bəy oğlu İskəndərbəyov və ya Feyzi Ağüzüm () — yazıçı, Azərbaycan Kültür Dərnəyinin rəhbəri (1973–1990)
Həyatı Feyzi Ağüzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk və orta təhsilini Qarsda başa vurduqdan sonra Ankara Universitetinin Ziraət fakültəsinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra Türkiyə Kənd Təsərrüfatı Nazirliyində çalışmışdır. O, burada yüksək vəzifələrdə işləmişdir.
1949-cu ildən isə Azərbaycan Kültür Dərnəyinin işlərində böyük fəallıq göstərmişdir. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın təmasda olmuşdur. Sonralar Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür Dərnəyinin başqanı olan Feyzi Ağüzüm "Azərbaycan" dərgisində çoxlu sayda dəyərli yazılar çap etdirmişdir.
Feyzi Ağüzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir
Ailəsi Atası Əsədulla bəy İskəndərbəyov — Şörəyel Milli Şurasının sədri. Lətif, İsgəndər və Feyzi Ağüzümün atası. Ulu babaları XVIII əsrdə Şuşadan Qarsın Arpaçay ilçəsinə köçmüşdü. Tükəzban xanımla evlənmişdir. Cümhuriyyət qurulanda Əsədulla Ağüzüm Gəncəyə gəlmiş, 2 il orada çalışmışdı. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra Əsədulla Ağüzüm yenidən Qarsa qayıdır Şörəyel Milli Şurasının sədri Əsədulla Ağüzüm 1945-ci ildə vəfat etmiş, Qarsdakı Ortaqapı məhəlləsi qəbiristanlığında dəfn edilmişdir.
Əsərləri
Kitabları Hiyanet kadrosunu tanıyalım, Ankara, 1979
Məqalələri 1953-cü ildə yazdığı "Almas Yıldırımın hal tərcüməsi" məqaləsi. "M. Ə. Rəsulzadə və çeşidli cəbhələriylə Azərbaycan İstiqlal Davası" "Rəsulzadə ilə 5 il" adlı xatirə xarakterli məqaləsi
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan mühacirət ədəbiyyatı Kateqoriya:Azərbaycan Kültür Dərnəyinin üzvləri Kateqoriya:Türkiyə azərbaycanlıları