Hamiqot mayakı () — Cənubi Koreyanın Pohanq şəhərində yerləşən və hal-hazırda da fəaliyyət göstərən mayak. 26,4 metr hündürlüyü ilə Cənubi Koreyanın ən hündür mayakıdır.
Tarixi 1901-ci ildə Yaponiyaya məxsus gəminin yaxınlıqda batmasından sonra 1903-cü ildə tikilib. Cənubi Koreyanın ən hündür mayakı fransız memar tərəfindən layihə edilib, Çin podratçıları tərəfindən tikilib və 1903 -cü ilin dekabrında tamamlanıb. Hündürlüyünə baxmayaraq, mayak armaturdan istifadə olunmayaraq, kərpicdən tikilmişdir. Daxildən altı-mərtəbəyə bölünüb və hər bir tavan Coson sülaləsinin şərəfinə armud ağacının çiçəyi ilə bəzədilib. Mayak hal-hazırda da fəaliyyətini davam etdirir.
İstinadlar
Kateqoriya:Cənubi Koreya mayakları