Harri Potter romanlar seriyasındakı obrazların siyahısı ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış seriyasında əks etdirilmiş personajlardır. Soyad üzrə çeşidlənmə: A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Soyadı olmayan və yasoyadı bilinməyən personajlar: A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z External links __NOTOC__

Soyad üzrə obrazlar

A Dolores Ceyn Ambric – Hoqvartsın direktoru və ali inkvizitoru. Lord Voldemortun rəhbərliyi altında keçirilən mələzlərin təqibində iştirak edir.

B Ludo Baqman – Sehr nazirliyinin sehrli oyunlar və idman şöbəsinin rəhbəri. Batilda Baqşot – "Sehrin Tarixi" kitabının müəllifi, Qellert Qrindevaldın xalasıdır. Voldemort tərəfindən qətlə yetirilib. Keti Bell – Qriffindor faküləltəsinin tələbəsi, kviddiç komandasının oyunçusudur. Çariti Berbidc – Harri Potter illərində Hoqvartsda maql tədqiqatları üzrə professor. Lord Voldemort tərəfindən qətlə yetirilib. Katbert Bins – kabus, sehrli tarix üzrə professor. Fines Niqellus Blek – Sirius Blekin ulu babası və Hoqvartsın keçmiş direktoru. Onun portreti Hoqvartsdakı direktorun otağında asılıb, və direktora hər cür köməklik görür. Sirius Blek – Harri Potterin xaç atası, Simurq Ordenin üzvüdür. Azkabanın qaçaq məhbusudur. Bellatriks Lestreync tərəfindən qətlə yetirilib. Ameliya Bounz – Sehr nazirliyinin sehrli hüquq qaydalari şöbəsinin rəhbəri, Syuzen Bounzun xalası. Lord Voldemort tərəfindən qətlə yetirilib. Syuzen Bounz – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Haflpaff fakültəsinin tələbəsi, və eyni zamanda Dambldorun Ordusunun üzvüdür. Lavanda Braun – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür. Ron Uizlinin ilk rəfiqəsidir. Frenk Brays – Ridl ailəsinin bağbanı. Maql idi. Lord Voldemort tərəfindən qətlə yetirilib. Milisenta Bulstroud – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Slizerin fakültəsinin tələbəsi və Ambricin İnkvisisiya Dəstəsinin üzvüdür. Terri But – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklou fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür.

C Ancelina Conson – Harri Potterdən iki il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsidir və kviddiç komandasının qovalayıcısıdır. Li Cordan – Harri Potterdən iki il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi, qviddiç şərhçisidir. Fred və Corc Uizlilərin yaxın dostudur. Berta Corkins – Sehr nazirliyin işçisi, Lord Voldemort tərəfindən qətlə yetirilib.

Ç Ço Çanq – Harri Potterdən bir il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklou fakültəsinin tələbəsi, Dambldorun Ordusunun üzvü və kviddiç komandasının axtarıcısıdır. Harrinin ilk sevgilisidir.

D Aberfort Dambldor – Albus və Ariana Dambldorların qardaşı, Hoqsmitdə yerləşən Donuz Başı barın sahibidir. Albus Dambldor – Harri Potter illərində Hoqvartsın direktoru, Tom Ridl illərində məktəbdə transfiqurasiya üzrə dərs demişdir. Simurq Ordenin təsisçisi kimi tanınır. Severus Sneyp tərəfindən qətlə yetirilib. Rocer Devis – Ravenklou fakültəsinin tələbəsi. Qviddiç komandanın kapitanı və qovalayıcısıdır. Milad zamanı keçirilən gecəsinə Fler Delakur ilə getmişdir. Fler Delakur – Fransada yerləşən Buybeton məktəbinin tələbəsi. Üç Sehrbaz Turnirində iştirak edib. Bill Uzlinin yoldaşıdır. Qabriel Delakur – Fler Delakurun kiçik bacısı, Üç Sehrbaz Turniri zamanı Harri tərəfindən xilas olunmuşdur. Dedalus Diql – Simurq Ordenin üzvü. Dursliləri Lord Voldemortdan gizlədib. Amos Diqqori – Sehr nazirliyində sehrli varlıqların tənzimlənməsi və nəzarəti şöbəsinin işçisidir. Sedrik Diqqorinin atasıdır. Sedrik Diqqori – Harri Potterdən iki il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Haflpaff fakültəsinin nümayəndəsidir. Qviddiç komandasının kapitanı və axtarıcısıdır. Harri ilə yanaşı Üç Sehrbaz Turnirin qalibidir. Turnir zamanı Qılquyruq(Piter Pettiqryu) tərəfindən qətlə yetirilib. Con Doliş Elfias Doc– Albus Dambldorun məktəb dostudur. Antonin Doloxov – Ölüm yeyənlərin üzvü. Remus Lupin, Fabian və Qideon Privettləri qətlə yetirib. Dadli Dursli – Petunya və Vernon Durslilərin maql övladı, Harri Potterin xalaoğludur. Marcori (Marc) Dursli – Vernon Durslinin maql bacısı. Petunya Dursli (qızlıq soyadı Evans) – Harrinin xalası, onun anası Lilinin böyük bacısıdır. Vernon Durslinin yoldaşı, Dadli Durslinin anasıdır. Vernon Dursli – Harri Potterin maql dayısı, Petunyanın yoldaşı, və Dadlinin atasıdır.

E Hanna Ebbot – Harri Potter ilə eyni illərdə Hoqvartsda oxuyan tələbə. Haflpaff fakültəsinin nümayəndəsi, və eyni zamanda Dambldor Ordusunun üzvüdür. Marietta Eckomb – Harri Potterdən bir il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklou fakültəsinin tələbəsi, Dambldorun Ordusunun üzvüdür. DO-nun yerini Dolores Ambricə açıqlayır.

Ə

F Kornelius Fac – romanlar seriyasının birinci beş hissələrdə sehr naziri vəzifəsində çalışır. Bir il ərzində Lord Voldemortun qayıdışı imtina etdiyinə görə işdən azad olunmuşdur. Arabella Fiqq – Durslilərin skvib qonşusu, Simurq Ordenin üzvüdür. Arqus Filç – Hoqvartsın skvib nəzarətçisi. Castin Finç-Fletçi – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Haflpaff fakültəsinin tələbəsi, və eyni zamanda Dambldorun Ordusunun üzvüdür. Maql ailəsindəndir. Simus Finniqan – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi, və eyni zamanda Dambldorun Ordusunun üzvüdür. Din Tomasın yaxın dostudur. Mundunquz Fleçer –oğru və Simurqu Ordenin şərəfsiz üzvüdür. Markus Flint – altıncı kursda Slizerin fakültəsinin qviddiç komandasının kapitanı. Filius Flitvik – Ravenklou fakültəsinin dekanı, və sehrlər üzrə professor. Florean Forteskyu – Diagon küçəsində yerləşən dondurma istehsalçısı. Ölüm yeyənlərinn tərəfindən oğurlanıb və sonra qətlə yetirilib.

G

Ğ

H Rubeus Haqrid – yarı div yarı insandır. Hoqvartsın açarlarını saxlayan, və Harrinin üçüncü kursundan məktəbdə sehrli varlıqlar üzrə dərs deyən professordur. Bir vaxt özü də Hoqvartsın tələbəsi olan Haqrid üçüncü kursda məktəbdən qovulub. Helqa Haflpaff – Haflpaff fakültəsinin təsisçisi. Mafalda Hopkirk – Serh nazirliyinin işçisi. Rolanda Huç – Hoqvartsda qviddiç üzrə məşqçi və hakim.

X

J

K İqor Karkaroff – Durmstranq məktəbinin direktoru, keçmişdə Ölüm yeyəndir. Reqinald Kettermol – Sehr nazirliyin sehrli xidmət edilmə şöbəsinin işçisidir. Ron Uizli tərəfindən təcəssüm etdirilmişdir. Meri Kettermol – Recinald Kattermoulun maql ailəsində doğulmuş yoldaşı. Harri Potter tərəfindən maqlların qeydiyyat üzrə komissiyasından xilas olunmuşdur. Alekto Karrou – Amikus Kerrounun bacısı, Ölüm yeyəndir. Hoqvartsda bir il ərzində maql tədqiqatları üzrə dərs demişdir. Severus Sneyp rəhbərliyi altında Hoqvartsın direktoru müavini vəzifəsində çalışıb. Amikus Karrou – Alekto Kerrounun qardaşı, Ölüm yeyəndir. Hoqvartsda bir il ərzində qara qüvvələrdən müdafiə üzrə dərs demişdir. Severus Sneyp rəhbərliyi altında Hoqvartsın direktoru müavini vəzifəsində çalışıb. Silvanus Ketlbern – Hoqvarts məktəbində Harrinin üçüncü kursuna kimi sehrli varlıqlar üzrə dərs deyən professordur. Penelopa Klearvoter – Ravenklou fakültəsinin nümayəndəsidir. Persi Uizlinin sevgilisidir. Maykl Korner – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür. Cinni Uizlinin ilk görüşdüyü oğlandır. Mrs. Koul – Lord Voldemort yaşadığı uşaq evininin müdiri. Viktor Kram – bolqariyalı qviddiç oyunçusu, axtarıcıdır. Üç Sehrbaz Turnirində iştirak edib. Bartemius (Barti) Krauç (böyük) – beynəlxalq sehrli əlaqələr üzrə şöbəsinin rəhbəri, öz övladı, Barti Krauç kiçik tərəfindən qətlə yetirilib. Dəfn edilməmişdən əvvəl sümüyə çevirilmişdir. Bartemius (Barti) Krauç (kiçik) – Ölü yeyən. Voldemortun fəal tərəfdaşıdır. Policusdan istifadə edərkən Alastor Mudini təcəssüm edirdi. Dementor öpüşünü alıb. Vinsent Krebb (böyük) – Ölüm yeyən, Vinsent Krebbin atasıdır. Vinsent Krebb (kiçik) – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Slizerin fakültəsinin tələbəsi, Ambricin İnkvisisiya Dəstəsinin üzvü və qviddiç komandasının vurucusudur. Drako Malfoyun dostudur. Hoqvarts uğrunda döyüş zamanı öz tilsimindən ölüb. Dirk Kresvel – maql ailəsində anadan olmuş sehrbazdır, bir vaxt qoblinlər ilə əlaqələr üzrə şöbəsinin rəisi vəzifəsində çalışıb. Seriyanın yeddinci kitabında evdən qaçıb maql ailəsində anadan olmuş Ted Tonks, Din Tomas, habelə Qornuk və Qriphuk adında qoblinlərə qoşulub. Qaçış zamanı qətlə yetirilmişdir. Kolin Krivi – maql ailəsində anadan olmuş sehrbazdır, Harri Potterdən bir il sonra Hoqvartsa qəbul olunmuş tələbədir. Dambldorun Ordusunun üzvü və Qriffindorun tələbəsidir. Hoqvarts uğrunda döyüş zamanı qətlə yetirilib. Denis Krivi – maql ailəsində anadan olmuş sehrbazdır, Harri Potterdən üç il sonra Hoqvartsa qəbul olunmuş tələbədir. Dambldorun Ordusunun üzvü və Qriffindorun tələbəsidir. Kolin Krivinin kiçik qardaşıdır. Kvirinus Kvirell – Hoqvartsda bir il ərzində qara qüvvələrdən müdafiə üzrə dərs demişdir. Lord Voldemortun bir hissəsini öz daxilində daşıyıb, seriyanın birinci kitabının sonunda qətlə yetirilmişdir.

Q Entoni Qoldşteyn – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklou fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür. Marvolo Qaunt – xalis sehrbaz, Meropa və Morfinin atası, Lord Voldemortun babasıdır. Voldemort tərəfindən qətlə yetirilib. Merop Qaunt –doğuşdan sonra dünyasını dəyişən Tom Marvolo Ridl/Lord Voldemortun anasıdır. Morfin Qaunt – Meropanın qardaşı və Morfinin oğlu, Lord Voldemortun dayısıdır. Voldemort tərəfindən törədilmiş bir neçə maqlların qətllərinə görə əsassız günahlandırılmışdır. Azkabanda vəfat edib. Qoyl (böyük) – Ölüm yeyən, Qreqori Qoylun atasıdır. Qreqori Qoyl – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Slizerin fakültəsinin tələbəsi, Ambricin İnkvisisiya Dəstəsinin üzvü və qviddiç komandasının vurucusudur. Qriqoroviç – Şərqi Avropanın yüksək qiymətləndirilən sehrli çubuq ustası. Vilhelmina Qrabbli-Plenk – Hoqvartsın professoru, Haqridi əvəz edərkən sehrli varlıqlar üzrə dərs deyib. Fenrir Qreybek – Ölüm yeyənlərə çalışan qurdadam. Hermiona Qreyncer – maql ailəsində anadan olmuş sehrbaz, Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə və Qriffindorun nümayəndəsidir. Potterin ən yaxın dostlarından biridir. Dambldorun Ordusunun və Sərbəst Elflərin Lehinə İctimayı Komitəsinin (S. E. L. İ. K.) təsisçisidir. Roza Qreyncer-Uizli – Ron Uizli və Hermiona Qreyncerin övladıdır. Qodrik Qriffindor – Qriffindor fakültəsinin təsisçisidir. Seçici Şlyapanın sahibi və onu tilsimləyən sehrbazdır. Qellert Qrindelvald – qara sehrbazdır. 1940-cı illərdə Albus Dambldor ilə üz-üzə gələn Qrindevald uduzarkən həbsxanaya salınmışdır. Voldemort tərəfindən qətlə yetirilib.

L Luna Lavqud – Harri Potterdən bir il sonra Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklounun tələbəsi və Dambldorun Ordusunun üzvüdür. Ksenofilius Lavqud – Luna Lavqudun atası, İradçı jurnalının redaktoru. Bellatriks Lestreync (qızlıq soyadı Blek) – Ölüm yeyən. Frenk və Elis Lonqbottomlar onun işgəncəyə məruz qalaraq ağıllarını itiriblər. Hoqvarts uğrunda döyüş zamanı Molli Uizli tərəfindən qətlə yetirilmişdir. Rabastan Lestreync – Ölüm yeyən, Rodolfusun qardaşı. Rodolfus Lestreync – Ölüm yeyən, Rabastanın qardaşı və Bellatriksnın yoldaşıdır. Gilderoy Lokart – taninmiş fırıldaqçı yazıçı, Hoqvartsda qara qüvvələrdən müdafiə üzrə dərs demişdir. Uğursuz tilsiminə görə ağlını itirib və hal-hazırda Müqəddəs Munqo adına xəstəxanada yaşayır. Avqusta Lonqbottom – Frenk Lonqbottomun anası və Nevil Lonqbottomun nənəsidir. Alisa Lonqbottom – Frenk Lonqbottomun yoldaşı, Nevil Lonqbottomun anasıdır. Avror. Simurq Ordenin üzvü olarkən Bellatriks Lestreync tərəfindən yoldaşı ilə birgə işgəncəyə məruz qalıb və ağlını itirib.