Emir Kusturitsa (serb.: Емир Кустурица; d. 24 noyabr 1954-cü il, Sarayevo, Yuqoslaviya) serb rejissoru.

Həyatı 24 Noyabr 1954-cü ildə Yuqoslaviya'da, Bosniya və Herseqovina SRnın paytaxtı Sarayevoda Boşnak müsəlman bir ailədə dünyaya gəlmişdir.The (Mis)Directions of Emir Kusturica Dan Halpern. NY Times. 8 May 2005. Erişim: 15 Yanvar 2013. Atası Murat Kusturitsa Sarayevo Məlumatlandırma Bürosunda jurnalist, anası Senka Numankadiç məhkəmə katibi idi.New York Times Erişim: 10 Aprel 2010. 2005-ci iıdə atası həyatda olmadığı bir zamanda verdiyi bir müsahibədə atasının özünü serb hesab etdiyini və ateist olduğunu bildirmişdir.The Guardian Erişim: 10 Aprel 2010

2001-ci ildə sənədli film yaratmağa başlamışdır. 1986-cı ildən etibarən gitara çaldığı qaraçı texno-rok qrupu 'No Smoking' orkestrasının turlarında yaşadıqlarını nəql etdiyi Super 8 Stories / Super 8 tarixçəsi (film, 2001) ilə Çikaqo Film Festivalında 'Ən yaxşı sənədli film' nominasiyasında 'Gümüş Plaket' qazanmışdır.

Life is a Miracle / Həyat möcüzədir (film, 2004) isə Kann kinofestivalının nominasiya verilən filmləri arasında yer almışdır.

Musiqi

1986-1988-ci illər arasında Sarayevodan olan rok qrupu "Zabranjeno Pušenje"-də bass gitara çaldı. Kusturitsa qrupda əhəmiyyətli bir rol oynamamasına baxmayaraq qrupun adı Emir Kusturica & No Smoking Orchestra olaraq dəyişdirilmişdir. No Smoking 1999-cu ildə, Universal firmasında Unza Unza Time adlı bir albom çıxartmışdır. Kusturitsa albomun kliplərindən birinin rejissorluğunu öz üzərinə götürmüşdür. Qrup beynəlxalq turlara çıxmışdır.

Qoran Breqoviç Kusturitsa filmlərindən bir neçəsinin müsiqisini bəstələmişdir. Bunların arasında Time of the Gypsies, Qaraçıların zamanı (Serbcə orijinalında Дом за вешање, Dom za vešanje), Arizona xəyalı və Yeraltı da vardır.

Filmləri

İstinadlar

Xarici keçidlər Emir Kusturitsanın saytı IMDb-də Emir Kusturitsa

Kateqoriya:1954-cü ildə doğulanlar Kateqoriya:Sarayevoda doğulanlar Kateqoriya:Serbiya musiqiçiləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Bosniya və Herseqovina kinorejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Musiqi Kateqoriya:Bosniya və Herseqovina yazıçıları Kateqoriya:Serbiya yazıçıları Kateqoriya:Yuqoslaviya yazıçıları Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri