Prof. Dr. Turan Yazqan () — Türkiyə akademiki və yazıçısı. Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu

Həyatı və fəaliyyəti Turan Yazqan 1938-ci ildə İspartanın Eğirdir ilçəsində anadan olub. İbtidai təhsilini Zəfər ibtidai məktəbində alıb. Orta təhsilini isə İstanbul Vəfa liseyində sonradan isə Kastamonu Liseyində davam etdirib. Orta təhsilini bitirdikdən sonra 1959-cu ildə İstanbul Universiteti İqtisad Fakültəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgərlikdən gəldikdən sonra bir neçə il müxtəlif vəzifələrdə işləyib. 1979-cu ildə iqtisad elmləri üzrə professor adını qazanıb. Turan Yazqan 1980-ci ildən etibarən qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri olub. 2000-ci ildə universitetdən təqaüdə çıxsa belə yenə Türk dünyası üçün işlər görməyə davam edib. Türk dünyasında və eləcə də Türkiyədə gördüyü işlərə görə 200-dən çox mükafat alıb.

Azərbaycandakı fəaliyyəti 1992-ci ildə Turan Yazqanın şəxsi təşəbbüsü ilə Bakıda Türk Dünyası Bakı Atatürk Liseyi və Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İşlətmə Fakültəsi açılmışdır.

Ölümü 22 noyabr 2012-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişən Turan Yazqan "Eski Kozlu" qəbiristanlığında dəfn olunub.

Fikirləri

Xatirəsi Ölümündən sonra Türk Dünyası Araşıdırmaları Vəqfi "Turan Yazqan" mükafatı təsis edib. Və hər il Türk dünyasına, türklüyə xidmət edən bir şəxsə bu mükafat verilir.

Xarici keçidlər Turan Yazqan haqqında çəkilən sənədli filmin treyleri

İstinadlar

Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Türkçülər Kateqoriya:Türkiyə professorları Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Alimlər