Sevak Xanağyan (; ) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir.
Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ermənistan müğənniləri Kateqoriya:Rusiyanın kişi müğənniləri Kateqoriya:Rusiya erməniləri Kateqoriya:"Avroviziya" iştirakçıları