Ziona — () Hindistanın Mizoram ştatındakı Baktavnq kəndində yaşayan Ziona Chananın 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var.
Həyatı Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır. Ailəsinin bütün kişi üzvləri dülgərliklə məşğuldur. Bir gün bütün dünyanı Hz.İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan "Chana" adlı ailə məzhəbinin də lideri olan Ziona, "Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı" deyir.
İlk evliliyini 17 yaşında edən Ziona bir il içində 10 dəfə evlənib. Evdə adi bir qazanda 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir. Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var.
İstinadlar
Kateqoriya:1945-ci ildə doğulanlar Kateqoriya:2021-ci ildə vəfat edənlər Kateqoriya:Poliqamiya Kateqoriya:Dünya rekordçuları