200px|thumb|right|Leonardo da Vinçinin "Mona Liza"sı ən böyük sığorta dəyəri olan əsər kimi Ginnesin Rekordlar Kitabına salınmışdır Aşağıdakı siyahıda bir rəsm əsərinə görə ödənilmiş bilinən ən böyük məbləğlər göstərilmişdir. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilə aid olmaqla cəmi iki il əvvəl qeydə alınmış ən bahalı rəsm satışını dəfələrlə geridə qoymaqla, bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bu satış həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırkı rekord qiymət Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsərinin 2017-ci ilin noyabrında $450 milyona satılması ilə qeyd edilmişdir.
Tarix Dünyanın ən məşhur əsərləri, xüsusilə qədim ustadların 1803-cü ildən əvvələ aid işləri adətən muzeylərdə və ya patronların nəzarətində saxlanılır. Muzeylər çox nadir hallarda belə əsərləri satırlar və buna görə də onlar qiymətsiz hesab edilirlər. Leonardo da Vinçinin "Mona Liza" portreti ən böyük sığorta dəyəri olan əsər kimi Ginnesin Rekordlar Kitabına salınmışdır. Luvr muzeyinin daimi ekspozisiyasına daxil olan "Mona Liza" 14 dekabr 1962-ci ildə $100 milyona sığortalanmışdır. İnfilyasiya nəzərə alınmaqla 1962-ci ilin qiyməti 2016-cı ildə $620 milyona bərabər olmuşdur.
Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilin martında həyata keçirilmişdir; £24.75 milyonla (2016-cı ildə £53.5 milyon) bu satış özündən əvvəlki ən yüksək nəticəni üç dəfə geridə qoymaqla bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bundan əvvəl absolyut yüksək ödəniş Getti muzeyi tərəfindən Andrea Mantenyanın "Maqların sitayişi" əsərinə görə 18 aprel 1985-ci ildə Kristis hərrac evi vasitəsiylə edilmiş £8.1 milyon (2016-cı ildə £19.3 milyona bərabər) olmuşdur.William Wilson, Getty Pays $10.5 Million For Painting , New York Times, April 19, 1985 Daimi dollarla ən yüksək ödəniş 1987-ci ildə Milli Sənət Qalereyası tərəfindən Leonardo da Vinçinin "Cinevra de Bençinin portreti"nə görə Lixtenşteyn ailəsinə ödənilmiş $5 milyon (2016-cı ildə $28 milyona bərabərdir) olmuşdur. Vinsent van Qoqun "Günəbaxanlar" əsərinin satışı həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırda ən bahalı 79 əsər arasında cəmi 9 əsər 1875-ci ildən əvvələ aiddir, 1635–1874-cü illər arasında işlənmiş əsər isə siyahıya düşməmişdir.
İstisna hal Facebookun baş qərargahında divar rəsmi çəkmiş qraffiti rəssamı Devid Çodur. Facebook onun əməyini $200 milyona qiymətləndirmişdir.Nick Bilton, "For Founders to Decorators, Facebook Riches ," The New York Times, 1/1/12.
Van Qoq, Pikasso və Uorhol Vinsent van Qoq, Pablo Pikasso və Endi Uorhol siyahıda ən çox təmsil edilmiş rəssamlardır. Pikasso və Uorhol zəngin həyat sürsələr də, Van Qoq sağlığında yalnız "Arlda qırmızı üzümlük" əsərini 400 franka (2017-ci ildə təxminən $2000 bərabərdir) Belçika impressionist rəssamı Anna Boşa satmışdı. Van Qoqun aşağıdakı siyahıda qeyd edilmiş doqquz əsərinin ümumi qiyməti 2016-cı ili infilyasiya nəticələri də nəzərə alınmaqla $885 milyona bərabərdir.
Qadın rəssamın ən bahalı əsəri Qadın rəssam tərəfindən çəkilmiş əsərə görə rekord qiymət Corciya O’Kiffə aiddir. 20 noyabr 2014-cü ildə Kristal-Brics Amerikan İncəsənəti muzeyi onun "Jimson Weed/White Flower No. 1" əsərinə görə Sotbis hərrac evi vasitəsiylə $44.4 milyon (2016-cı ildə $45.5 milyona bərabərdir) ödəmişdir.
İnteraktiv qrafika
Ən yüksək ödənişlərin siyahısı Aşağıdakı siyahı Daxili Dalğavari Məhsul Deflyatorunun infilyasiya 2016-cı ilə olan nəticələri nəzərə alınmaqla ABŞ dolları ilə göstərilib. Ehtiyac olduğu zaman əsərin satılması zamanı dolların məzənnəsi nəzərə alınmaqla ödənilmiş məbləğ dollara çevrilmişdir. İnfilyasiyanın tənzimlənməsi onun tempindən asılı olaraq dəyişkəndir. Valyuta məzənnəsinin dəyişməsi səbəbindən başqa bir valyutada olan siyahı bir az fərqli ola bilər.