Marius Petru Unqureanu (17 may 1994) — Rumıniyalı biatlonçu. Marius Unqureanu Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Rumıniyanın bayraqdarı olmuşdur.

Karyerası Marius Unqureanu birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Unqureanu 28:59.1 saniyəlik nəticəsi ilə 87 atlet arasında 87-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.

Mənbələr

İstinadlar

Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında biatlonçular