() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Status Azərbaycanda sayı azalan nadir növdür.
Yayılması Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir.
Yaşayış yeri Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir.
Təbiətdə sayı 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Çoxalması Azərbaycanda berqutun çoxalması öyrənilməmişdir. Başqa populyasiyalardan məlumdur ki, berqut 4–5 yaşında cinsi yetişkənliyə çatır, daimi cütlər əmələ gətirir, fevral-mart aylarında 2–3 yumurta qoyub, 40 gün kürt yatır. Balalarını 80 günə qədər yuvada bəsləyir.
Rəqibi, düşməni, xəstəliyi Leş və gəmiricilərlə yemlənən başqa növ yırtıcılar berqutun rəqibidir. Təbii düşmənləri və xəstəlikləri məlum deyil.
Sayının dəyişilmə səbəbləri İnsan tərəfindən təqib edilməsi, gəmiricilərlə kimyəvi mübarizə qaydasının pozulması, qışda həm də yem azlığı berqutun sayını azaldır.
Qorunması üçün zəruri tədbirlər Yuva sahələrini müəyyən edib təbii abidə kimi qorumalı; yırtıcı quşların qorunmasını geniş təbliğ etməli.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:ABŞ quşları Kateqoriya:Afrika faunası Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar