Gərçəbulaq- Şəmkir rayonunun cənubunda dağ.

Ümumi məlumat Dağ Cəyir kəndindən şərqdə yerləşir. Hündürlüyü 1472 m. Gərcəbulaq variantında da qeydə alınmışdır. Dağ ətrafındakı eyniadlı bulağın adını daşıyır. Bulağın adı isə Gər(cə) (cır tut ağacı) və bulaq (su obyekti) komponentlərindən düzəlib, "cır tut ağacı və ya cır tut meşəsi olan yerdəki bulaq" deməkdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007 Həmçinin bax Şəmkir rayonu Xarici keçid kayzen.az İstinadlar

Kateqoriya:Şəmkir rayonunun dağları