() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı () istifadə edilir.

Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may–iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir.

Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb. Ona daha çox meşələrdə, çayların kənarında və kolluqlarda rast gəlinir. Bundan əlavə – bağlarda, parklarda bəzək bitkisi kimi də becərilir.

Başınağacının meyvələrindən daha çox istifadə edilir. Meyvələrini tamam yetişəndə toplayır, onlardan həm təzə-tər, həm də xüsusi quruducularda qurudub istifadə edirlər.

Meyvələrinin tərkibində çoxlu miqdarda şəkər – (32 %-ə qədər), aşı maddələri (3 %), ursol və xlorogen turşuları, üzvi turşular (3–4 %), C və K vitaminləri vardır.

Elmi təbabətdə başınağacının qabıqlarından sulu dəmləmə, bişirmə və duru ekstrakt formada preparatlar hazırlayıb, daxili qanaxmalarda, eləcə də uşaqlıq və mədə-bağırsaq qanaxmalarında qankəsici dərman kimi işlədilir.

Sinonimləri

Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Madaqaskar florası