Murman Omanidze (; ) — Gürcüstan siyasətçisi və 1991-ci ildə Gürcüstanın Xarici İşlər Naziri.
Həyatı Tbilisidə anadan olan Omanidze Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1977-ci ildən 1985-ci ilədək o, "Suplmsheni" dövlət kənd təsərrüfatı şirkətinin hüquq şöbəsinə rəhbərlik edirdi və 1985-ci ildən 1989-cu ilə qədər Gürcüstan SSR Tikinti Nazirliyinin rəhbəri işləmişdir. Antisovet və müstəqil hərəkatının getdiyi zamanı Omanizde Əfqanıstan müharibəsinin gürcü veteranların təşkilatı olan Gürcüstanın Əfqanıstan İttifaqına qoşuldu, hətta 1990 — 1991-ci illərdə təşkilat sədrinin müavini olmuşdur. O, 1991-ci ilin martı ayından may ayına qədər Gürcüstan nəqliyyat nazirinin müavini kimi işləyirdi. Yeni müstəqil Gürcüstanda prezident Zviad Qamsaxurdiya tərəfindən Omanidze 1991-ci ilin avqustunda baş nazirin birinci müavini və xarici işlər naziri vəzifəsi verildi. Həmən ayda da baş nazir Tengiz Siquanın qalmaqallı istefasından sonra o, qısa müddətdə baş nazirin vəzifələrini icra edirdi."Murman Omanidze". Ex-Ministers of Foreign Affairs of Georgia. Ministry of Foreign Affairs of Georgia.
1991-ci ilin avqustunda SSSRİ-də hərbi çevrilişi cəhdi zamanı Gürcüstan müxalifəti iddia edirdi ki, Omanidze Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşmüşdü. Çevriliş cəhdi uğursuz olandan sonra, Gürcüstan rəhbərliyi bu cür ittihamları qətiyyətlə təkzib edirdi.Bricault, G.C., ed. (1992). "Georgia". Eastern Europe and the Commonwealth of Independent States. London: Europa Publications. p. 542. ISBN 0946653771. Müxalifət 1991-ci ilin dekabrında Qamsaxurdiya qarşı hərbi çevrilişi başlatdı. Dekabrın 31-də Omanidze faktiki olaraq həbs edildi və tutduğu vəzifədən azad olundu. Yanvarın 4-də Omanidze Rusiyaya qaça bildi və Qamsaxurdiyanı diktator adlandırdı."Omanidze: President 'Doomed'" . Daily Report. Central Eurasia, no.3-10. Foreign Broadcast Information Service. 4 January 1992. pp. 72–73.
Qamsaxurdiyadan sonra hakimiyyətə gələn Eduard Şevardnadzenin dövründə Omanidze 1992-ci ildən 1998-ci ilədək Gürcüstan Parlamentinin üzvü idi."Omanidze Murman" . Members of the Parliament of Georgia. Parliament of Georgia. Onun həmçinin biznes fəaliyyəti də var idi. 1996-cı ildə Gürcüstan prokurorluğu Omanidzeni qanunsuz maliyyə razılaşması ittihamı ilə həbsinə order verdi, amma o, Gürcüstanı tərk etməyi bacardı və siyasətdən uzaqlaşdı.Fuller, Liz (5 August 1996). "Warrant issued for arrest of former georgian foreign minister" . Radio Free Europe/Radio Liberty.
İstinadlar
Kateqoriya:1938-ci ildə doğulanlar Kateqoriya:Tbilisi Dövlət Universitetinin məzunları Kateqoriya:5 noyabrda doğulanlar Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:Gürcüstanın xarici işlər nazirləri Kateqoriya:Gürcüstan baş nazirləri