Faiq Nəsib oğlu Musayev — alim, kimya elmləri doktoru, ABŞ-nin Virciniya Universitetinin professoru.

Həyatı Faiq Musayev 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. Həmin universiteti Lenin təqaüdü ilə bitirmişdir.. Bakı Dövlət Universiteti

Elmi fəaliyyəti Hərbi xidməti başa vurduqdan sonra AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun "Quruluş kimyası" laboratoriyasında elmi fəaliyyətə başlamışdır. Kompleks birləşmələrin sintezi, quruluşu və xassələrinin öyrənilməsi sahəsi üzrə elmi tədqiqat işləri ilə məşğul olmuşdur. 1979-cu ildə elmlər namizədi, 1991-ci ildə doktorluq dərəcəsi almışdır. 1993-cü ildən 1998-ci ilədək Tayvanda "Quruluş kimyası" laboratoriyasında fəaliyyət göstərmişdir. 1998-ci ildə Yeni Zelandiya, Braziliya və ABŞ-dən dəvət almışdır. 1998-ci ildən ABŞ-nin Virciniya Universitetinin "Quruluş kimyası" laboratoriyasında çalışır. Həmin universitetin professorudur.. Bakı Dövlət Universiteti

İstinadlar

Kateqoriya:1952-ci ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Qazaxda doğulanlar