Aleksey Pyotroviç Romanov (d. 28 fevral 1690 — ö. 7 iyul 1718) — Rusiya imperiyasının vəliəhdidir. O, Moskva şəhərində Çar Pyotr və onun ilk xanımı Evdokiya Fyodorovnanın yeganə oğlu olaraq dünyaya gəlmişdir. Farquhar, Michael (2001). A Treasure of Royal Scandals, p.115. Penguin Books, New York. ISBN 0-7394-2025-9.

Aleksey siyasi fikirlərinə görə atasına qarşı çıxdı və dəfələrlə atasının onu taxtın varisi kimi yetişdirmək planlarına mane oldu. Onun Avstriyaya qısa sığınacağı Rusiya hökuməti tərəfindən qalmaqal kimi qəbul edildi. Aleksey və tərəfdarlarına qarşı kəskin tədbirlər gördü. Aleksey işgəncə altında dindirildikdən sonra öldü və oğlu Pyotr Alekseyeviç taxtın yeni varisi oldu.

İstinadlar

Kateqoriya:Rusiya Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Romanovlar sülaləsi Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri