Yeni Yəhudi qəbiristanlığı () – Çexiyanın paytaxtı Praqa şəhərinin Jijkov rayonunda yerləşən yəhudi qəbiristanlığı. 1891-ci ildə Qədim Yəhudi qəbiristanlığındakı yer probleminə görə salınmışdır.

Haqqında Qəbiristanlığın sahəsi Qədim Yəhudi qəbiristanlığındakından 10 dəfə böyükdür, 100.000 qəbirlik tutuma malikdir, bu isə bir əsr boyunca istifadə olunması üçün münasibdir. , Pražská Informační Služba Burada həmçinin urnalar üçün yer vardır, lakin yəhudi ənənələri kremasiyaya icazə vermir. Qəbiristanlıq hələ də istifadədir və Praqadakı Yəhudi Cəmiyyəti tərəfindən nəzarət olunur.

Qəbiristanlıqda Ar-nevü üslubunda işlənmiş bir çox abidə vardır: Yan Kotera tərəfindən Peruts ailəsinin üzvləri üçün hazırlanmış iki abidə, Yan Ştursa tərəfindən rəssam Maks Horba həsr olunmuş tovuzquşu formasında abidə, az tanınan sənətkarlar tərəfindən Ar-nevü üslubunda işlənmiş digər görkəmli işlər.Marie vitochova Jindrichkjer and Jiri Vsetecka, Prague and Art Nouveau, translation by Denis Rath and Mark Prescott, Prague: V Raji, 1995. Ən diqqət çəkən qəbirlərdən biri Uoldes ailəsinə aiddir: heykəltaraş Yozef Vaslav Mıslbek tərəfindən hazırlanmış qəbir iki büstlə bəzədilmişdir.

Məşhur dəfn olunanlar Frans Kafka Arne Laurin Arnoşt Lustiq İrji Orten Ota Pavel

İstinadlar

Xarici keçidlər

Praqa Yəhudi Cəmiyyətinin veb-saytında məlumat Qəbiristanlığın veb-səhifəsi

Kateqoriya:1891-ci ildə yarananlar Kateqoriya:Praqa qəbiristanlıqları Kateqoriya:Praqada yəhudilik Kateqoriya:Yəhudi qəbiristanlıqları