Azad Mikayil oğlu Əliyev () — Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2018).
Haqqında Azad Mikayil oğlu Əliyev 22 yanvar 1956-cı il Bakı şəhərində həkim ailəsində dünyaya gəlib. 1972-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltaraşlıq fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin fakültəni bitirmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, 1982-ci ildə Universiteti bitirmişdir.
Yaradıcılığı
1983-1986-cı illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanasına daxil olmuş, Akademik Ömər Eldarovun rəhbərliyi ilə elmi yaradıcılıqla məşğul olmuşdur. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir.
2000-dən artıq əsərin müəllifidir. Əsərləri Azərbaycan, Rusiya, Polşa, Almaniya, Amerika, İtaliya, Fransa, Belçika, Avstriya, Mərkəzi Amerika, İran, Nepal, Türkiyənin şəxsi kolleksiyalarında saxlanılır, muzey və parklarını bəzəyir.
Mükafatları 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Həmçinin bax 20 Yanvar abidə-kompleksi
İstinadlar
Xarici keçidlər 20 Yanvar abidə-kompleksi
Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:Azərbaycanın əməkdar rəssamları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları