Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.

Məzmun Filmin adı MəzmunYeraltı keçidFilmi qısaca yeraltı keçiddə gənc cütlüyün (Günel Məmmədova və Nicat Əli) söhbətinə qulaqmüsafiri olan qocanın (Şahmar Qəribli) gəncliyinə, sevgisinə yenidən nəzər salmağı, ruhəntəzələnməsi kimi xarakterizə etmək olar.BuludlarGənc aktrisa (Səbinə Məmmədova) incidilmiş sevgili rolunu məşq edir, onu təsadüfən görənofisiant (Rafiz Mehdizadə) qıza kömək etmək və intihardan xilas etmək istəyir.İşıq yoluFilmdə əhvalat toydan çıxan kişi (Vidadi Həsənov) və qadın (Pərvin Abiyeva) arasında mübahisədənbaşlayır və ata-övlad qarşıdurması üzərində qurulub.Beş dəqiqəFilmdə ilk səhnə ordan başlayır ki, jurnalist (Mehriban Zəki) aktyordan (Fəxrəddin Manafov) artıq müsahibəgötürüb və onlar arasında müsahibədən sonrakı söhbəti dinləyirik. Əhvalat ondan ibarətdir ki, aktyor unudabilmədiyi arzusunun nə olduğunu jurnalistə göstərmək üçün metroya aparır. Məlum olur ki, onun arzusu"İçərişəhər" metrosunun boş platformasına nə vaxtsa gələcək qatarda uşaqlıq sevgisinin gəlişi ilə bağlıdır.SkripkaçıGecə "Nizami küçəsində" heykəllər canlanır. Canlanmış skripkaçı (Rasim Cəfər) öz gözəlliyinə vurğun qız(Dəniz Tacəddin) üçün Paqaninidən ifa edir. Qızsa ona laqeyddir. Skripkaçı köhnə sevgilisinin yanına gedir,o da onu rədd edir. Tənha qalan musiqiçi göyərçinlər üçün çalır. Əhvalatın məqsədi maddiləşmiş dünyamızdayaradıcının tənhalığını göstərməkdir.

Filmin heyəti Filmin adı Filmin üzərində işləyənlər RollardaKinoalmanaxSsenari müəllifi: İlqar FəhmiOperator: Yuri VarnovskiProdüser: Vladimir DudniçenkoYeraltı keçidRejissor: Xədicə QarayevaŞahmar QəribliSvetlana HəkimovaGünel MəmmədovaNicat ƏliBuludlarRejissor: Kəmalə ZəkiSəbinə MəmmədovaRafiz Mehdizadəİşıq yoluRejissor: Cabir ƏlioğluVidadi HəsənovPərvin AbıyevaBeş dəqiqəRejissor: Rövşən AğayevFəxrəddin ManafovMehriban ZəkiSkripkaçıRejissor: Gündüz YaşarDəniz TacəddinGünəş MehdizadəRasim Cəfər

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2015-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri