Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (; ) — Osmanlı imperiyasının son dövrlərində yaşamış müsəlman fəqihlərindən biri.
Həyatı 1784-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, Şamda yetişən Osmanlı fiqh alimlərinin ən məşhurlarındandır. Tam adı Seyid Məhəmməd Əmin ibn Ömər ibn Əbdüləziz əl-Hüseyni əd-Dəməşqidir. Hüseyn ibn Əlinin nəslindən olub, atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zöhd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Seyid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi və Babüs-Sağir qəbiristanlığında dəfn edildi.
Təhsili və elmi fəaliyyəti Kiçik yaşda Quranı əzbərləmiş və qiraəti öyrənmişdir. O, Şamda şeyxul-qurra Məhəmməd Səid əl-Həməvidən təcvid elminə dair Meydaniyyə, Cəzəriyyə və Şatıbiyyə adlı əsərləri oxuyub əzbərlədi. Sonra sərf, nəhv elmini və Şafii fiqhini öyrənmişdir. Şafii fiqhinə dair əz-Zübədi və başqa əsərləri əzbərlədi. Daha sonra şafii alimlərdən olan Seyid Məhəmməd Şakir əs-Salimi əl-Akkaddan fənn elmələri ilə bərabər fiqh, hədis və təfsir dərsləri alan İbn Abidin on yeddi yaşında fiqh kitabları üzərinə haşiyə və şərhlər yazmağa başlamışdır. Hənəfi məzhəbinə keçərək bu müəlliminin vasitəsilə əl-Bəhrür-raik, əl-Hidayə və başqa əsərləri öyrəndi. Haskəfinin əd-Durrül-muxtar əsərini oxuyan vaxt müəlliminin vəfatı ilə əlaqədar (1222/1807) əsərinin qalanını müəlliminin tələbəsi olan Məhəmməd Səid əl-Hələbinin yanında başa çatdırdı. Müəllimi Akkad onu öz müəllimlərinin də dərslərinə aparmış və Məhəmməd əl-Küzbəri, Əhməd əl-Əttar, Məhəmməd Nəcib əl-Kalai və Məhəmməd Əbdürrəsul əl-Hindi kimi müəllimlərdən ona dair razılıq almışdır.Muhammed Emîn b. Ömer b. Abdilazîz el-Hüseynî ed-Dımaşkī//Diyanet Islam Ansiklopedisi, 1999, cilt: 19, sayfa: 292–293 Yazıları ilə o, hələ müəllimlərinin sağlığında tanınmışdır. Hənəfi məzhəbində o, məzhəbin yeddinci soyunun ən nüfuzlu alimlərdən biri hesab edilmişdir. Onun "Rəddül-Muhtar alə Durrül-Muxtar" adlı fiqh kitabı bu məzhəbdə yüksək dəyərləndirilir. Bu kitabda o, müxtəlif dövrlərdə yaşayan İslam fəqihlərinin ayrı-ayrı məsələlər üzrə verdiyi hökmlərini toplamışdır. Bundan başqa İbn Abidin, müsəlman hüququ ilə digər əsərlərin, eləcə də Quranın təfsirçisi olmuşdur. O, İslamdakı müxtəlif təriqətlərin baxışlarını ənənəvi İslam baxımından araşdıraraq təhlil etmişdir.A. A. Əlizadə, E. M. Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: 3 Saylı Mətbəə, 2016, s. 125–126
Əsərləri
Rəddül-Muxtar, İbni Abidin xüsusilə bu əsəriylə tanınmışdır. Bu kitabı, Dürrül-Muxtar kitabına yazdığı beş cildlik haşiyəsidir. Kitab, İbni Abidin adıyla məşhur olmuşdur. Əsər, Hənəfi məzhəbindəki fiqh kitablarının ən qiymətlisi və ən faydalısıdır. Hənəfi məzhəbində öz zamanına qədər yazılmış olan fiqh kitablarının sanki bir xülasəsidir. Bundan başqa; Təfsirül-Bəyzavi Haşiyəsi, Əl-İbanə, Əl-Uqudüd-Dürriyyə, Buğyətül-Mənasik, Təhrirül-İbarə, Təhrirün-Nüqul, Əl-Uqudül-Ləali, Səllül-Hisam əl-Hindi li Nüsrəti-Mövlana Xalid ən-Nəqşibəndi (Bu əsərində Mövlana Xalidə dil uzadanlara cavab verərək, kəramətin haqq olduğunun isbatı vermişdir.), Əl-Elmuz-Zahir, Əl-Fəvaidül-Acibə, Mənhəlül-Varidin kimi daha bir çox qiymətli əsərləri vardır.
Həmçinin bax Hənəfi məzhəbi Şafii məzhəbi İslam Osmanlı imperiyası
Xarici keçidlər
Muhammed Emîn b. Ömer b. Abdilazîz el-Hüseynî ed-Dımaşkī//Diyanet Islam Ansiklopedisi, 1999, cilt: 19, sayfa: 292–293
İstinadlar Kateqoriya:İslam alimləri Kateqoriya:1836-cı ildə vəfat edənlər Kateqoriya:1784-cü ildə doğulanlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Sünni imamları Kateqoriya:Müftilər
Kateqoriya:Hənəfilər Kateqoriya:Nəqşibəndilik Kateqoriya:Osmanlı imperiyası şəxsləri