Mererin gündəliyi — Böyük Xeops ehramının tikintisində iştirak edən işçilərin gündəlik həyatını təsvir edən 4500 il əvvəl yazılan mətndir. 2013-cü ildə Əl-Cərf Vadisi mağarasında papirus üzərində yazılmış halda aşkar edilmişdir. Bu papirus tapılan ən qədim papirusdur. Mererin gündəliyi Firon Xeopsun hakimiyyətinin 27-ci ilinə təsadüf edir. Burdakı yazılar 3 ay ərzində əhəng daşlarının Toradan Cizəyə daşınmasını təsvir edir.
İstinadlar
Kateqoriya:Misir ehramları Kateqoriya:Gündəliklər