() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Yaponiya və Koreyadır. Fransa, İspaniya, İtaliya, Meksika, Kosta-Rika, Qvatemala, Honduras, Kanadanın Ontario əyaləti, ABŞ və Böyük Britaniyada yayılmışdır.
Botaniki xarakteristikası İsti rayonlarda həmişəyaşıl və ya yarımhəmişəyaşıl koldur. Hündürlüyü 3-4 m-dir. Qalın, ətli yarpaqların üstü yaşıl, alt tərəfi yaşıl-sarıdır. Yayın ortalarında çiçəkləyir, bol ağ çiçəklərinin güclü qoxusu vardır. Çiçəkləri süpürgəyə yığılmışdır. Onların dörd qıvrım ləçəkləri və iki hündür, sarı və ya qırmızı tozcuğu olan erkəkcikləri vardır və onların arasında alçaq dişicik yerləşir; çiçək mayalandıqdan sonra ləçəkləri və erkəkcikləri tökülür və dişicik borucuğun kasacığında qalır. Meyvələri çəyirdəkdir, bənövşəyidən qara rəngədək dəyişir. Əlverişli bitmə şəraitində hər koldan min meyvə yığmaq olar.
Ekologiyası Torpağa tələbkar deyildir, şaxtaya, quraqlığa davamlıdır, lakin sərt şaxtalarda donmaya məruz qala bilər.
Azərbaycanda yayılması Böyük və Kicik Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi Girdəyarpaq birgöz növü dekorativ bitki kimi bir çox ölkələrdə geniş becərilir. Bəzi pulcuqlu qanadlı növlərin sürfələri tərəfindən qida bitkisi kimi istifadə edilir. Bitkinin bütün hissələri zəhərlidir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1844-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Koreya florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası