() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qərbi Avropanın cənubunda yabanı halda yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 3 m, çətirinin diametri 1,5-2 m olan koldur. Çətiri şaxələnmiş, orta sıxlıqdadır. Zoğları çılpaq və ya cavan vaxtı tüklə örtülmüş olur. Qabığı qəhvəyi-qonur rəngli olub, çatlayandır. Yarpaqları yumurtavari və ya uzunsov - yumurtavari, uzunluğu 4-8 sm, eni isə 1,5-5 sm-dir. Uc tərəfdən sivri, bünövrəsi enli, pazvari və ya dairəvi, kənarları seyrək dişli, üst tərəfdən çılpaq, alt tərəfdən isə tüklüdür. May ayında çiçəkləyir. Çiçəkləmə müddəti 20 gündür. Çiçəkləri ağ, çox ətirli, 2,5-3,5 sm diametrindədir. Ləçəkləri yumurtavari, 5-9 ədəd çiçəkləri salxımvari çiçək qrupunda toplanmışdır. Çiçək saplağı və yarpaqları çılpaq və ya tüklüdür. Sütuncuqlarının 2/3 hissəsi bitişik olur. Meyvəsi iyul ayının axırında yetişir. Meyvəsinin 1-7 ədədi birlikdə yarımçətirlərdə toplanmış, dördkünc qutucuqdur. Çox vaxt yaza qədər budaqların üzərində qalır. Toxumları çox xırda, narıncı-qırmızı rəngdədir. Həyat müddəti 30-50 ildir.

Ekologiyası Torpağa tələbkar deyil, çox rütubəti sevmir. Tez zoğ əmələgətirmə qabiliyyətinə malik olduğundan sıx kollanır, ona görə vaxtaşırı kolları seyrəldilməli, meyvə verən gövdələr və 5-6 yaşlı budaqları kəsilməlidir. Sərt keçən qış zamanı zoğları şaxtadan donur, meyvə vermir. Kölgəyə və soyuğa davamlıdır.

Azərbaycanda yayılması Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.

İstifadəsi Gözəlliyinə, çiçəklərinin ətrinə görə bağ və parklarda, tək-tək və ya qrup əkinlərində, canlı hasarların salınmasında istifadə edilir. Uzun illər boyu (XVI əsrin ortalarından) becərilmə prosesində çoxlu miqdarda müxtəlif bağ formaları alınmışdır.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Avropa florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları