Koray Avcı (d. ) Türkiyə bəstəkarı, musiqiçisi və mahnı şərhçisi.
Həyatı Ankarada doğulub böyüyən Koray Avcı, əslən Ərzincan vilayətinin Tercan rayonundandır.Koray Avcı (müzisyen) kimdir? Uşaqlığından bəri rəsm və musiqiyə qarşı marağı var.
Musiqi səfərinə Ankaradakı bəzi performans məkanlarında zaman zaman mahnı söyləyərək başlamışdır. Avcı ailəsi övladlarının ali təhsilli bir insan olmasını istəyir və onu elm sahəsində təhsil almasında məcbur edirlər.
2008-ci ildə "Muğla Universiteti Fənn-Ədəbiyyat Fakültəsi Fizika bölümü"nü qazanıb.2010-cu ildə Muğla universitet həyatına davam edərkən Acun Ilıcalının təqdim etdiyi "Yetenek Sizsiniz Türkiye" proqramına yoldaşı Osman Arslan ilə qatılıb "beatbox və Volkan Konak təqlidi" çıxışı nümayiş etdirmiş və 2-ci tura qədər yüksəlmişdir.Yetenek sizsiniz Türkiye Koray avcı Muğlada istədiyi və sevdiyi mühiti tapması da, həyatının axarını dəyişdirəcək olan şeyi yaşayır. Hər şey küçədə gitara çalan bir dostunun yanına oturub mahnı söyləməsi ilə dəyişir. O gündən sonra küçələrdə mahnı söyləyərlər.
2012-ci ildə məktəb bitdikdən sonra Ankaraya əsaslı qayıdan Koray Avcı, səhnədə çıxış edə bilməz. Bir başqa gitaraçı yoldaşıyla birlikdə küçələrdə, ictimai nəqliyyat vasitələrində çalmağa başlayırlar. Yenə 2012-ci il içərisində metroda söylədiyi mahnının bir gənc tərəfindən qeyd edilib paylaşılmasl və bu videonun çox diqqət görməsi ilə Koray, öz materiallarını çəkib Youtube kimi sosial şəbəkə platformalarında nəşr etdirməyə başlayır. Sosial şəbəkədə diqqət mərkəzində olur və paylaşdığı video materiallar ciddi izlənmə saylarına çatır. Gündən-günə artan tələbat istiqamətində konsertlər verir. Güclü və səmimi yozumu ilə geniş dinləyici kütləsinə çatır.
İldə təxminən 180 konsert verən Avcı, Doqquz Səkkiz Musiqinin sahibi olan Əhməd Çələnglə albom etməyə qərar verir. 28 avqust 2015-ci ildə "Eşq İlə" adlı ilk solo albomunu nəşr etdirir. Albomda Neşet Ertaş, Mazlum Çimen, Saki Çimen, Soner Akalın, Zeliha Sıkık, Feyzullah Eti kimi mühüm adların əsərlərinin yanaşı söz və musiqisi özünə və gitara çalanı Köksal Fındığa aid olan 4 yeni mahnıya da yer verir.
"Eşq İlə" albomu çıxdığı gündən sonra uzun müddət satış siyahılarının ilk sıralarında yer aldı. Albomun çıxış mahnısı Sən-ə Həsən Kuyucu rejissorluğunda çəkilən video klipin izlənmə rəqəmləri hazırda 135 milyonu keçmişdir.
Ölkə dinamikasına uyğun hər yerə aid mahnı və nəğmələrə öz şərhini əlavə edərək səsləndirən Koray Avcı, öz musiqiləri, şeirləri və tamaşaçı ilə söhbət ilə səhnə performans özünə xas bir tərz yaradır.
24 iyun 2016 tarixində Doqquz Səkkiz Musiqi etiketi ilə Sonra Dersin Ki adlı ikinci albomunu satışa çıxartmışdır.
Şəxsi həyatı Koray Avcı güclü Fənərbaxça azarkeşidir. Yaş ilə əlaqədar kiçik problemi var və heç bir yerdə yaşını demir. 2007–2010-cu illərdə qısa müddətli "Hafiz Ahkad" adı ilə rep və beatbox etmişdir. 2010-cu ildə "Yetenek Sizsiniz Türkiyə" adlı yarışma proqramına qoşularaq Vulkan Konak təqlidi ilə 2-ci tura qədər yüksəlmişdir. Berkay adında bir qardaşı var. Ankaranın Batıkent səmtində yaşayır. Konsertlərinə çıxışdan əvvəl qədim nəğmələrə və sözlərə qulaq asır. Özünü "mədəniyyətinə sıx bağlı biri" adlandırır. Bir konsertində Ələvi olduğunu açıqlamışdır. Əli ibn Əbu Talibin qılıncı Zülfüqarı təsvir edən bir boyunbağısı var.Koray Avcı KİMDİR? Aslen nereli? Biyografisi
Diskoqrafiya
Albomları İlAlbom şirkətiAdı 2015 Doqquz Səkkiz Musiqi Eşq İlə 2016Doqquz Səkkiz MusiqiSonra Dersin Ki
Təkli işləri (Single) İl Plak şirketi Adı 2016Doqquz Səkkiz Musiqi Xoş Gəldin
Video klipləri İl Parça Adı Albüm 2015 Sən Eşq İlə albomundan parça 2016 Xoş GəldinXoş Gəldin Single 2016 Deyəm Bu GecəEşq İlə albomundan parça 2016 Aşk Sana Benzer Sonra Dersin Ki albomundan parça 2016 Yanımda Sen Olmayınca Sonra Dersin Ki albomundan parça 2017 Yakarım Gəceləri Sonra Dersin Ki albomundan parça
Təhsili Muğla Universiteti Fizika Mühəndisliyi bölməsi (2008–2012) Çankaya Universitetinin İç memarlıq hissəsi (2013-)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türk musiqiçilər Kateqoriya:Türkiyə bəstəkarları