Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; ) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018).

Bioqrafiya Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib.

30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb.

Diskoqrafiya Танго () — 3:43 Осень () — 4:06 Прости () — 3:38 Море () — 3:32 Байрам () — 3:41 История () — 3:53 О Любви () — 3:21

Filmoqrafiya Musiqi mağazası (1981) Musiqi müəllimi (film, 1983) Ürəkdən ürəyə yol Oxuyur Sərxan Sərxan Təqib (2012)

İstinadlar

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:"Humay" mükafatı laureatları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:SSRİ müğənniləri