Nordkap cərəyanı — Skandinaviya və Kola yarımadaları sahilindən keçən isti cərəyan. Suyunun temperaturu yayda +5…+8 °C, qışda isə +2…+5 °C olur. Sürəti 0,9–1,8 km/s təşkil edir. Nordkap cərəyanının hesabına Barens dənizinin cənub qərbi qışda donmur. Cərəyan 1870-ci ildə rus araşdırmaçısı Aleksandr Middendorf tərəfindən kəşf edilmişdir.
İstinadlar
Kateqoriya:Şimal Buzlu okean cərəyanları Kateqoriya:Barens dənizi