Derivatoqrafiya – temperatur rejiminin dəyişməsi şəraitində maddədə baş verən kimyəvi və fizika-kimyəvi proseslərin tədqiqi üsuludur. Derivatoqrafiyanın əsası Derivatoqrafiyanın əsası differensial termiki analizin (DTA) başqa fiziki və ya fiziki-kimyəvi metodların , məsələn termoqravimetriya (TG), dilatometriya, kütlə spektrometriya, spektroskopiyanın birləşdirilməsilə qoyulub. DTA – TG analizində termiki effektin təsiri altında maddənin transformasiyasının baş verməsilə yanaşı, nümunənin (maye və ya bərk) kütləsində dəyişiklik qeydə alınır.

Derivatoqraf cihazı Termik və termoqravimetrik dəyişmələri qeyd edən cihaz derivatoqraf adlanır.

Mənbə Paulik F., Paulik J., Erdey L. Derivatography A complex method in thermal analysis. Talanta, 1966. – 13. – P. 1405-30. Уэндландт У. Термические методы анализа = Thermal Methods of Analysis/ Пер. с англ. под ред.Степанова В.А. и Берштейна В.А. – М.: Мир, 1978. – 526 с.

Kateqoriya:Materialşünaslıq Kateqoriya:Termodinamika Kateqoriya:Fiziki kimya Kateqoriya:Analitik kimya Kateqoriya:Üzvi kimya Kateqoriya:Qeyri-üzvi kimya Kateqoriya:Geologiya terminləri