Edvin Danninq (; ) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir.

Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür.

Həyatı thumb|Edvin Danninq ikinci enmə cəhdi zamanı təyyarənin idarəetməsini itirmiş və suya düşmüşdür. Kabində sıxışıb qalan pilotu xilas etmək mümkün olmamışdır.

Edvin Danninq 1892-ci ilin 17 iyul tarixində Cənubi Afrikada anadan olub.United Kingdom Census 1901 — RG13/880 Folio 34 Page 11 (10, Landsdowne Terrace, Eastbourne)

Hərəkət vəziyyətində olan gəmiyə ilk enmə cəhdi

Mükafatlar

İstinadlar

Kateqoriya:Boğulmadan ölənlər