Jan-Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; ) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur.
Həyatı 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir.
Əsərləri "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris. "Avtoportret", "Çimən nayadalar" — Luvr, Paris. "Xəlvəti öpüş" (1780), "Fermerin uşaqları" — Ermitaj, Sankt-Peterburq.
Əsərlərindən reproduksiyalar thumb|300px|left| "Məşuqun tacqoyması" — "Frik kolleksiyası" thumb|300px| "Görüş" — "Frik kolleksiyası"
İstinadlar
Kateqoriya:Fransa rəssamları
Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Erotik incəsənət xadimləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri