alt=Mərcan rifindəki bio müxtəliflik. Böyük Sədd riifi, Avstraliya.|thumb|332x332px|Mərcan rifindəki bio müxtəliflik. Böyük Sədd riifi, Avstraliya. Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.

Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir.

Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir.

Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir.

Mərcan rifi tipləri Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür:

Sahil rifləri Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir. Çay mənsəbləri və manqır cəngəlliklərində onların sahələrinin arası kəsilir.

Sədd rifləri Sədd rifləri sahildən bir qədər aralı, sahilə paralel yerləşərək, ondan dayaz laquna ilə ayrılır.

Sualtı və ya dib rifləri Sualtı və ya dib rifləri okean və dəniz dayazlıqlarında əmələ gəlmiş və su səviyyəsindən aşağıda yerləşən mərcan rifləridir. Belə riflər gəmiçilikdə böyük təhlükələrin yaranmasına səbəb olur.

Həmçinin bax Mərcan adaları Sədd rifi Böyük Sədd rifi Atoll

Xarici keçidlər Böyük sədd rifi Karibdəki mərcan rifləri yastılaşıb Sakit okeanın mirvarisi - Marşal adaları

İstinad Kateqoriya:Mərcan rifləri Kateqoriya:Biomlar Kateqoriya:Canlıların tikililəri Kateqoriya:Okeanologiya terminləri Kateqoriya:Sahil və okean relyef formaları