Valter Şoniya (; ) — Rusiya dövlət xadimi, diplomat. 1992–1995-ci illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur.
Həyatı Valter Şoniya 22 mart 1936-cı ildə anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1964-cü ildən diplomatik fəaliyyətə başlayıb.
1964–1975-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində, SSRİ-nin Türkiyə səfirliyində və İstanbul Baş konsulluğunda çalışıb. 1980–1986-cı illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində birinci katib, SSRİ-nin Laos səfirliyində və SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində məsləhətçi vəzifələrini tutub. 1986–1992-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində ekspert və SSRİ-nin Türkiyə səfirliyində müşavir kimi çalışıb.
1992-ci il martın 2-də Boris Yeltsinin sərəncamı ilə səfir statusu alıb və Bakıya göndərilib.Указ Президента Российской Федерации от 02.03.1992 № 219 "О назначении Шония В. А. Чрезвычайным и Полномочным Послом Российской Федерации в Азербайджанской Республике" Valter Şoniya 1995-ci il iyun ayının 26-na qədər Azərbaycanda səfir kimi çalışıb. O, ölkə tarixində həmin illərdə baş verən ən önəmli ictimai-siyasi hadisələrin şahidi olub, danışıqlarda iştirak edib.
Valter Şoniya Moskvaya geri çağırıldıqdan sonra qısa müddətdə təqaüdə çıxıb.
Şəxsi həyatı Ailəlidir, iki övladı var.
Diplomatik rütbəsi Fövqəladə və səlahiyyətli səfir (18 mart 1992).
İstinadlar
Xarici keçidlər Интервью в Азербайджанских известиях
Kateqoriya:Rusiya diplomatları Kateqoriya:Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları Kateqoriya:Rusiya Federasiyasının Azərbaycandakı səfirləri Kateqoriya:SSRİ diplomatları Kateqoriya:XX əsrin diplomatları