– Yaponiyanın Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda, Fucikavaquçiko ilə Minobu qəsəbələrinin sərhədində yerləşən göl. Beş Fuci gölünün içərisində sahəsinə görə ikinci, dəniz səviyyəsindən yüksəkliyinə görə sonuncudur. Dəniz səviyyəsindən 833 metr yüksəklində yerləşdiyindən yayları sərin, qışı soyuq keçir. Sahil xəttinin uzunluğu Beş Fuci gölü arasında ən uzundur.
Gölün yaxınlığında Fuci-Hakone-İzu Milli Parkı yerləşir.
Göldən axan hansısa çay yoxdur. Ətrafındakı yaşayış məntəqələri 1914-cü ildə tamamlanan kanala qədər problem təşkil edirdi. Kanal gölü Saqami çayının qolu ilə əlaqələndirir.
Digər Beş Fuci gölü kimi Kavaquçi gölü də populyar turizm məkanıdır. Gölün yaxınlığında otellər, düşərgələr və gəzinti qayıqları var. Göldə yaşayan əsas balıq növləri Yaponiya karpı və vakasaqidir. Göldə balıqçılıq idmanı populyardır. Cəlb etdiyi turist sayına və turizm infrastrukturunun inkişafına görə Beş Fuci gölü arasında birincidir. Alpinizm mövsümündə (iyul və avqust ayları) Fuci dağına dırmaşmaq istəyənlər səyahətlərinə buradan başlayırlar.
Göl 2013-cü ildə Fucisan Mədəniyyət Yerinin bir hissəsi Ümumdünya irsi siyahısına salınmışdır.
Qalereya
İstinadlar
Həmçinin bax Fuci-Hakone-İzu Milli Parkı
Xarici keçidlər
Kavaquçiko rəsmi saytı Kawaguchiko.net
Kateqoriya:Yaponiya gölləri Kateqoriya:Yamanaşi prefekturasının görməli yerləri Kateqoriya:Fuci dağı Kateqoriya:Yamanaşi prefekturası relyefi Kateqoriya:Fuci-Hakone-İzu Milli Parkı Kateqoriya:Yaponiyadakı ümumdünya irsi Kateqoriya:Asiyada Sakit okeanın hövzəsi