Baranbat — Goranboy rayonu ərazisində dağ. İncəçayın sol sahilində yerləşir. Hündürlüyü 1635 m.

Ümumi məlumat Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə burada Baranbat adlı yaşayış məntəqəsi olmuşdur. Həmin kəndin adını daşıyan qəbiristan indi də mövcuddur. Oronim baran (baranilər-qaraqoyunlu tayfa ittifaqının adı) və bat/bet (türk dillərində "yüksəklik", "dağ yamacı", "dağın guney hissəsi") sözlərindən düzəlib. Etnotoponimdir. Macarıstanda Baranya, Belorusda Baranovici, Baranq, Hindistanda Baranaqar, Türkiyədə Baran və s. qeydə alınmışdır.Qeybullayev Q.Ə. Azərbaycanlıların etnik tarixinə dair. Bakı, 1994

İstinadlar

Kateqoriya:Goranboy rayonunun dağları