Luçian Blaqa (9.5.1895, Transilvaniya, Lankrem – 6. 5.1961, Kluj) — rumın filosofu, şair, tərcüməçi.

Fəaliyyəti 1914–17-ci illərdə Sibiu şəhərində İlahiyyat İnstitutunda təhsil almışdır. 1926–39-cu illərdə diplomatik xidmətdə çalışmış, 1939–48-ci illərdə Kluj Universitetinin professoru olmuşdur. Fəlsəfi əsərlərin [“Mədəniyyət trilogiyası” (“Trilogia culturii”, 1936–37) və s.] və poetik topluların [“İşıq poemaları” (Poemele luminii”, 1919), “Peyğəmbərin addımları” (“Paşii profetului”, 1921), “Böyük keçid” (“İn marea trecere, 1924) və s.] müəllifidir. Qnoseoloji problematika ilə zəngin Blaqa lirikasının mərkəzi mövzularından biri sivilizasiya ilə təbiət arasındakı uçurumdur. Blaqanın milli mifoloji motivlərə əsaslanan dramaturgiyasında alman ekspressionizminin təsiri duyulur. 

Həmçinin bax Emil Çoran

İstinadlar

Xarici keçidlər Luçian Blaqa poeziyası

Kateqoriya:Rumıniya filosofları Kateqoriya:Rumıniya şairləri Kateqoriya:İohann Volfqanq Götenin tərcüməçiləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Aforistlər Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr filosofları Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Dramlar Kateqoriya:Rumıniya jurnalistləri