Con Maykl Bişop (; ) — Amerika molekulyar bioloqu, virusoloq, Nobel mükafatı laureatı (1989, H. Varmusla birlikdə).

Fəaliyyəti Harvard Universitetini bitirmişdir (1962). 1960-cı illərin ortalarından Kaliforniya Universitetində (San-Fransisko) laboratoriyaya başçılıq edib, 1972-ci ildən professorudur. Əsas işləri onkogenezin hüceyrə mexanizmlərinə, onkogenlərin mənşəyi, strukturu və funksiyalarına aiddir. Xərçəng xəstəliyinin müxtəlif təsirlərdən (virus, fiziki və kimyəvi kanserogenlər) baş verə bilən genetik dəyişikliklərin nəticəsi olduğunu sübut etmişdir (H. Varmus və fransız alimi D. Steelenlə birlikdə).

Həmçinin bax Nils Dalen Heyke Kamerlinq Onnes

İstinadlar

Xarici keçidlər Bioqrafiyası

Kateqoriya:Pensilvaniyada doğulanlar Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Virusoloqlar Kateqoriya:ABŞ virusoloqları