Boyanata-Sarıdaş Azərbaycan Respublikasında Abşeron rayonu ərazisində fəaliyyətdə olan palçıq vulkanı. Boyanata dağından 4 km. cənub-şərqdə, düzənlikdədir. İki məntəqədə qruplaşmışdır. Sopka, qrifon və neft çıxışlarının yayılması Maykop və Diatome dəstələri və Pont çöküntüləri zolağına uyğun gəlir. Sopkalar gil və qumdaşı brekçiyalarından ibarətdir, nündürlükləri 1–2 metrədəkdir. Sopka və qrifonlardan qaz, su, palçıq və qatı neft ayrılır. Tektonik cəhətdən vulkan Boyanata-Sarıdaş antiklinalının cənub-qərb qanadında yerləşir.

Mənbə Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013. səh.368.

İstinadlar

Kateqoriya:Azərbaycanın palçıq vulkanları