Həsən Vəliqulu oğlu Ağayev (Ağasoy) ( ) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1999).
Həyat və yaradıcılığı Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir.
Mükafatları 1984-cü ildə "Naxçıvan MSSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 1999-cu ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb. 2005–2010-cu illərdəPrezident mükafatçıları Həsən Ağasoy, Tamerlan Bağırov və başqalarından, Naxçıvan, Azərbaycan., 9 may 2018-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Tərəqqi" medalına layiq görülüb.
Teatroqrafiya Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoyun oynadığı rolların bir qismi:
Müəllifin adı Əsər Oynadığı rol Hüseyn Cavid "Ana" Orxan "İblis" İblis "Uçurum" Əkrəm bəy "Şeyda" Əşrəf bəy Şeyx Sənan Simon, Dərviş Zessinq Müdrik Natan Natan Çingiz Aytmatov Manqurt Yedigey Cəlil Məmmədquluzadə "Dəli yığıncağı" Fazil Nəriman Nərimanov "Nadanlıq" Hacı Abdulla "Nadir şah" Cavad Nəriman Həsənzadə "Atabəylər" Nizami Gəncəvi Taleh Həmid "Yəhya bəy Dilqəm" Böyükağa Elçin Əfəndiyev "Arılar arasında" Baba
İstinadlar
Mənbə
Həmçinin bax Azərbaycan Respublikasının xalq artistlərinin siyahısı
Kateqoriya:Naxçıvan MSSR əməkdar artistləri