Qurban Həsən oğlu Əliyev () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1971–1987), Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi (1961–1971), Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor.
Həyatı Qurban Həsən oğlu Əliyev 1921-ci il iyun ayının 22-də Rusiya Federasiyasının Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. 1932-ci ildə Əliyevlər ailəsi Bakıya köçdükdən sonra o, 1941-ci ildə 6 nömrəli məktəbi bitirmişdir. Qurban Əliyev həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1946-cı ilədək müalicə və profilaktika fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1946-cı ildə Xızı rayonunda kənd xəstəxanasında həkim kimi başlayan Qurban Əliyev 1948–1961-ci illərdə Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Respublika Komitəsində şöbə müdiri, məsul katib və sədr vəzifələrində işləmişdir. 1961–1971-ci illərdə Bakı şəhərində keçmiş 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi, 1971–1987-ci illərdə isə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri vəzifələrində çalışmışdır.
O, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Uzun illər boyu səmərəli elmi və pedaqoji fəaliyyətlə məşğul olan Qurban Əliyev 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1949-cu ildən etibarən davamlı olaraq respublikada tibb mütəxəssislərinin hazırlanması sahəsində çalışaraq, ömrünün son illərinədək Azərbaycan Dövlət Tibb Universitetində laborant, assistent, dosent və professor vəzifələrini tutmuşdur.
Qurban Əliyev kurortologiya və tibb xidmətinin təşkilinə dair bir neçə monoqrafiyanın, elmi məqalə və metodik vəsaitlərin müəllifidir.
O, 1966-cı ildə respublikanın əməkdar həkimi adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur. Qurban Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Qurban Həsən oğlu Əliyev 2008-ci il martın 30-da ömrünün 87-ci ilində vəfat etmişdir.
İstinadlar
Ədəbiyyat İrəvan xanlığı… gerçəkliyin aydınlığı. Bakı: Mütərcim, 2016. 656 s.
Kateqoriya:Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri