Ağveys — İrəvan xanlığının Sürməli mahalında kənd adı.
Toponim Ağveys - İrəvan xanlığının Sürməli mahalında kənd adı. 1828-1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. Qovulmuş ailələr indi Azərbaycana mənsub Zəngilan rayonuna gələrək Ağbiz (Aqvesydən təhrif) kəndinin əsasını qoymuşlar. 1728-ci ilə aid türkcə mənbədə Axi-Veys kimidir. Orta əsrlərdə Yaxın Şərqdə sufi ordeninə mənsub adamlar biri-digəri üçün əxi (ərəbcə «qardaş») sayılırdı. Kəndin adı Əxi Veys şəxs adındandır. Bax: Ağabaş.
Həmçinin bax İrəvan xanlığı Sürməli mahalı
Ədəbiyyat Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Qızılbaşlar tarixi. Bakı, 1995.
Kateqoriya:Sürməli mahalı