Kratos ( — "güc, hakimiyyət") və ya Spartanın Ruhu () — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən yaradılan God of War videooyunu seriyasının baş qəhrəmanı. Kratos yunan mifologiyasına əsaslanır. Kratos ilk dəfə 2005-ci ildə satışa buraxılan God of War videooyununda görünmüşdür. Videooyununun müvəffəqiyyəti, baş qəhrəmanı ehtiva edən altı yeni oyunun inkişafına gətirib çıxardı. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi, personajın son təsviri God of War Ascension-da (2013) olmuşdur. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdi. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi.Ready at Dawn. God of War: Ghost of Sparta. Sony Computer Entertainment. Səhnə: Başlıq titrləri.

God of War oyun seriyası, PlayStation brendi üçün flaqman tituldur. Kratos oyunun ən populyar personajıdır. Personaj tənqidçilər tərəfindən yaxşı qəbul edilmiş və videooyun simvolu olmuşdur. Personajın müvəffəqiyyəti, Kratosun digər məhsullarla əlaqələndirilməsinə gətirib çıxarmışdır. Personajın God of War oyunlarından başqa, digər PlayStation oyunlarında kameyası olmuşdur.

Konsepti və dizaynı God of War-ın yaradıcısı və oyun rejissoru Deyvid Yaffe qəddar görünən, lakin tipik ənənəvi yunan qəhrəmanına bənzəməyən bir personaj yaratmağa çalışırdı. Yaffe Kratosun fərdiyyətçi olmasını istədiyi üçün, personaj ənənəvi zireh geyinmirdi. Tamamilə maskalı bir personajdan istifadə edilməsi fikri təsdiqlənsə də, konsepsiya tərk edilmişdi, çünki dizayn ruhsuz görünürdü və müəyyən şəxsiyyətə malik deyildi. Bəzi modellərdə personajın belində bir uşaq daşıması kimi, qeyri-ənənəvi elementlər var idi, bəzi modellərdə isə saçları və digər "axan şeylər" kimi həddindən artıq detallara malik idi.

thumb|left|Kratosun istifadə edilməmiş versiyalarını təsvir edən erkən konsepsiya sənəti (Bu versiyalar sonradan bonus kostyumlar kimi God of War III-də istifadə edilmişdir).

God of War və God of War II-nin vizual inkişaf rejissoru Çarli Ven Kratosun dizaynının məsuludur. Çarli Ven, Kratosun dizaynı üçün getdiyi istiqamətində onun pop mədəniyyətindən olduğu kimi eyni mövzulu filmlərdən də çox təsirləndiyini demişdir. Çarli Ven, Kratosu yaradarkən restoranda salfetlər üzərində Kratosun eskizlərini çəkərək bir sıra təsvirinə gətirib çıxarmışdır. Axırda Çarli Ven Kratosun tanınmış dizaynını yaratmışdır. Cüt zəncirlənmiş qılınclar Kratosun imza silahı olaraq seçilməsinin səbəbi isə, silahın personajın heyvani təbiətini daha da gücləndirməsi, həmçinin döyüşün sürətli qalmasına imkan verməsi idi. Yaffe, personajın son versiyasını belə izah etmişdir: "[Kratos,] geyim baxımından Qədim Yunanıstanda özünü evdə tamamilə hiss edə bilməz. Mənə elə gəlir ki, o, oyunçuları oynaya biləcək bir personaj, kimki həqiqətən sadəcə, oyunçuya ağlını itirməyə və başlarındakı iyrənc fantaziyaları reallaşdırmaq üçün imkan verir, vermək olan daha böyük bir məqsədə çatır."

Kratosun ən gözədəyən xüsusiyyəti onun kül-ağ dərisidir. Personajın digər fərqləndirici xüsusiyyətlərinə sağ gözünün üstündə bir yaranın olması və sol gözündən başlayıb, bədəninin sol hissəsini dairələyib sol çiynində bitən böyük, qırmızı bir tatuirovkanın olmasıdır. Kratosun tatuirovkası ilk növbədə mavi rəngdə idi, lakin istehsalın mərhələlərində qırmıza rəngə çevrildi. Axırda, Kratosun sağ gözündəki yaranın uşaqlıqda Olimp Tanrısı olan Ares ilə olan toqquşmanın nəticəsində meydana gəlindiyi öyrənildi. Tatuirovka isə, oxşar doğum izlərinə sahib olan, ölü qardaşı Deymosa bir hörmət əlamətidir. Seriyanın gedişatı zamanı baş verən digər dəyişikliklərə Kratos Müharibə Tanrısı olduğu zaman ilahi zirehinin müvəqqəti əlavə edilməsi, Kratosun qarnında yara izi, Qızıl Post adlı bir epolet (God of War II-nin bütün hissəsi) kimi qabiliyyət artırıcı zirehlər və Hermesin Çəkmələri aiddir. Erkən God of War ssenarisinə görə, personajın boyu -dir.

Kratosun görünüşü bonus oyunda dəyişdirilə bilər. Oyunun müəyyən çətinlik səviyyələrində və çağırış rejimində tamamlanması bonus kostyumların kilidini açır. Bir neçə kostyum PlayStation Store ()-da əvvəlcədən sifarişlər və digər məhsullar (Məsələn, personajın ilk eskizlərini ehtiva edən God of War III) üçün eksklüzivdir. Bir çox bonus kostyumları hekayə mövzusu ilə uyğun olsa da, "Afina" və "Müharibə Kartofu" qadın geyimləri kimi digər kostyumlar yumoristik və qəribədir. Oyun seriyasında istifadə edilə bilən cəmi 26 kostyum mövcuddur.

Həmçinin bax Kratos (mifologiya) Kratos (Mortal Kombat)

İstinadlar

Mənbə

Xarici keçidlər

Kateqoriya:God of War Kateqoriya:Videooyun personajları Kateqoriya:Kişi personajlar Kateqoriya:2005-ci ildə tanıdılan personajlar Kateqoriya:Uydurma əsgərlər Kateqoriya:Uydurma bədheybət ovçuları Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Videooyun talismanları Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Uydurma kütləvi qatillər Kateqoriya:Sehrbazlıq gücünə malik personajlar Kateqoriya:Superinsan gücünə malik personajlar Kateqoriya:Zevs Kateqoriya:Uydurma oxçular Kateqoriya:Uydurma insan hibridləri Kateqoriya:Uydurma qılınc ustaları Kateqoriya:Uydurma zaman səyyahları Kateqoriya:Uydurma generallar Kateqoriya:Uydurma müharibə veteranları