Azəri Türk () — 1928–1931-ci illərdə Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğal edilməsindən sonra İstanbula gələn ziyalılar tərəfindən nəşr edilən elmi, ədəbi, ictimai, iqtisadi və siyasi jurnal.
1928-ci il fevralın 1-də nəşrə başlayan və 15 gündən bir çıxan jurnalın imtiyaz sahibi Məmməd Sadıq Axundzadə, müdir və baş redaktoru isə Məhəmməd Əmin Rəsulzadə idi. Jurnalın demək olar ki, bütün nömrələrində Azərbaycanın problemlərinə dair məqalələr var idi. Çünki jurnalın nəşr olunduğu 1928–1931-ci illərdə Azərbaycan çox çətin bir dövr yaşayırdı. "Azəri Türk" problemlərin həlli mövqeyindən çıxış edərək müstəqillik mövzusunda həm Azərbaycanda, həm də xaricdə yaşayan Azərbaycan türkləri arasında fikrin formalaşmasında böyük rol oynamışdır.
1928-ci ilin noyabrında Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə ilə Məmməd Sadıq Axundzadə arasında baş vermiş anlaşılmazlığa görə Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə jurnaldan ayrılaraq "Odlu Yurd" jurnalını qurublar. Sonradan Şəfi bəy Rüstəmbəylidə də jurnaldan ayrılaraq "Odlu Yurd" jurnalına keçmişdir.
Haqqında İlk nömrəsi 1928-ci il fevralın 1-də İstanbulda nəşr olunan jurnalın cəmi 29 sayı işıq üzü görmüşdür. "Orhaniye", "Milliyet" və "Amedi" mətbəələrində çapdan çıxan jurnalın qiyməti əvvəlcə 10 quruş olsa da, daha sonra 20 quruşa qalxmışdı. İlk il müntəzəm olaraq iki həftədən bir çıxan "Azəri Türk", sonralar ayda bir dəfə, bəzi aylarda isə heç nəşr olunmamışdı. Jurnalın son doqquz nömrəsi latın hərfləri ilə, son nömrəsi isə 1930-cu ilin fevralında çapdan çıxmışdır. Jurnalın bəzi nömrələri xüsusi günlərə və mövzulara, məsələn, "Azərbaycanın İstiqlal Bəyannaməsinin onuncu ildönümü"nə (9-cu nömrəsi), "30 Avqust Qələbəsi"nə "15-ci nömrəsi" və "Hərf inqilabı"na (18-ci nömrəsi) həsr olunmuşdur. Jurnalın forması 1928-ci il fevralın 1-dən 1931-ci il martın 1-dək olan dövrdə ilk 20 nömrəsi ərəb hərfləri ilə olmaqla, ümumilikdə 32 nömrəsi çıxan Azəri Türk jurnalında latın hərflərinə keçid mərhələli şəkildə aparılmışdır. Sovet hökumətinin 1929-cu ildən Azərbaycanda latın hərflərinə qəti şəkildə keçid haqqında qərarından sonra jurnalın rəhbərliyi yeni hərfləri tədricən oxuculara təqdim etmək məqsədilə 10-cu nömrədən etibarən yeni nömrələrdə istifadə etməyə başladı. Bunlarla yanaşı jurnalın tarixi, nömrəsi, qiyməti və səhifə nömrələri də yeni rəqəmlərlə verilmişdi. Jurnalın 11 və 14-cü nömrələrin son səhifələrində Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi beynəlxalq rəqəmlər və bu rəqəmlərin ərəb əlifbasında hansı işarəyə uyğun olduğunu göstərən cədvəllər dərc edilərək oxuculara yeni hərflərin öyrədilməsinə səy göstərilmişdir. 15-ci nömrədə Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi latın əlifbası və bu hərflərin ərəb əlifbasında hansı səsə uyğun gəldiyini göstərən başqa bir cədvəl dərc edilmiş, beləliklə oxucular yeni əlifba ilə tanış olmuşdular. Jurnalda cəmiyyətin hər təbəqəsindən olan oxuculara asan olsun deyə sadə türkcədən istifadə edilməyə çalışılıb. Jurnalın baş redaktoru Rəsulzadə başda olmaqla redaksiya heyəti İsmayıl Qaspıralının "dildə, fikirdə, işdə birlik" ideyasını mənimsəmiş və bu ideyanın "dildə birlik" elementini öz jurnallarında tətbiq etmişlər. Rəsulzadənin fikrincə, Çar Rusiyası dövründə başlanan və Sovet Rusiyası dövründə uc nöqtəsinə çatan ruslaşdırma siyasətinin tələbi olaraq hər bir türk boyunun istifadə etdiyi ləhcənin fərqli bir dil kimi göstərmək və mənsub olduğu tayfanın adı ilə deyilən başqa bir dilə çevirmək, bu boyların bir-biri ilə əlaqələrini kəsmək məqsədi daşıyırdı. Bu vəziyyətə son qoymaq üçün müxtəlif yerli dialektlər yerinə ortaq bir ləhcə seçilməli və ortaq yazı dili olmalıdır. Ən uyğun ləhcə türk (Osmanlı) türkcəsi idi. Rəsulzadə xalqın hər bir təbəqəsinin oxuduğu məqaləni asanlıqla başa düşə bilməsi üçün Osmanlı türkcəsində olan çoxlu sayda xarici mənşəli sözlərin çıxarılması və onların yerinə xalis türkcə sözləri qoyulması ilə Türkiyə türkcəsinin sadələşdirilməsi fikrini müdafiə edirdi. Bu ideya "Azəri Türk"də həyata keçirilməyə çalışılıb. Osmanlı türkcəsinin ağır, qəliz dili mümkün qədər sadələşdirilməyə çalışılsa da, tam sadələşdirməyə nail olmaq mümkün olmayıb. Bundan əlavə jurnalın bütüm redaksiya heyəti Azərbaycan türklərindən ibarət idi. Onlardan bir qismi Osmanlı türkcəsini yaxşı bildiyi halda digər bir qismi bilmirdi. Buna görə də məqalə və yazılarda çox zaman azərbaycanca sözlərdən istifadə edilmiş bu da jurnalın dilini qəlizləşdirmişdi. Bir sözlə, jurnalın dili osmanlıca seçilsə də, yenə də sadə dildən istifadə edilməyə çalışılıb, lakin Rəsulzadə və Mirzə Balanın Məmməd Sadıqla aralarındakı fikir ayrılığına görə jurnaldan getməsi jurnalın təkcə məzmununda deyil, həm də formasında mənfi dəyişikliklərə səbəb olmuşdu. Nəşr həyatına başladığı 1928-ci ildə iki həftədən bir müntəzəm nəşr olunan jurnal 1928-ci ilin dekabrında Məmməd Sadıqın idarəçiliyinə keçdikdən sonra köhnə qaydasından fərqli olaraq, 1928-ci ildə 20 nömrə yayımlayan jurnal, 1929-cu ildə isə cəmi doqquz nömrə nəşr etmişdi. 1930-cu ildə bu rəqəm ikiyə enir və nəşr həyatının son ili olan 1931-ci ildə yalnız bir nömrə çap olunmuşdur. Beləliklə Rəsulzadə rəhbərliyində 1 il ərzində 20 nömrə nəşr edən jurnal Məmməd Sadıq rəhbərliyində 3 ilə sadəcə 12 nömrə yayımlaya bilmişdi. Rəsulzadə və Mirzə Bala rəhbərliyində çıxan jurnal 16 səhifə, Axundzadə rəhbərliyində isə 8 səhifə nəşr olunmuşdur. 21-ci nömrədən etibarən latın hərflərilə nəşr edilən jurnalda şrift ölçüləri dəyişərək daha böyük punktlarla əvəz olundu. Bu da səhifə sayının azalmasına görə daha az məqalə və yazının çap edilməsinə gətirib çıxarmışdı. "Azəri Türk Gənclər Birliyi"left|thumb|230x230px|Məmməd Sadıq AranMəmməd Sadıq rəhbərliyində bir çox mənfi ünsürlərlə üzləşməsinə baxmayaraq "Azəri Türk" jurnalı Azərbaycanın yenidən müstəqilliyini qazanması uğrunda təqdirə layiq mübarizə aparmışdır. Belə ki, əksəriyyəti "Azəri Türk" idarə binasında keçirilən görüş və konfranslarla Məmməd Sadıqın sədrlik etdiyi "Azəri Türk Gənclər Birliyi"nin xətti ilə xaricdəki azərbaycanlı gənclərin milli tərbiyə və mədəniyyətlə əlaqəsi davam etdirilirdi. Bununla yanaşı bu gənclərin və ən əsası savadlı azəri gənclərinin birlik üçün nə qədər əhəmiyyətli olduğunu dərk edərək bu iclaslarda maddi vəziyyəti yaxşı olan iştirakçılardan toplanan yardımlar sayəsində ehtiyacı olan azərbaycanlı gənclərin təhsil alması, geyindirilməsi və qidalanması təmin edilirdi. Bundan başqa 1929-cu ilin noyabr ayında yayımlanan xəbərdən anlaşılır ki, birlik 1924-cü ildən etibarən 39 yoxsul tələbəyə maddi yardım etmiş, bir çox tələbənin məktəblərə yerləşdirilməsinə rəhbərlik etmişdir. Sadəcə "Azəri Türk" jurnalının deyil "Yeni Qafqaziya" jurnalının da idarə binalarında 32 tarixi və ictimai konfranslar təşkil edilərək 1929-cu ilin noyabr ayınadək 8 yeni tələbəyə də maddi yardım göstərilmişdir. Axundzadə rəhbərliyində baş verən yuxarıda sözü gedən dəyişikliklərin səbəblərindən biri olaraq "Azəri Türk Gənclər Birliyi"nə ayırdığı zaman və maddiyyat olduğunu da söyləmək mümkündür. Belə ki, Məmməd Sadıq görüş və konfranslarda toplanılan pulun demək olar ki, hamısını tələbələrə ayırmış bununla yanaşı azərbaycanlı tələbələr üçün 1931-ci ildə yataqxana qurulmasına da səy göstərmişdir.
Yazar heyəti Jurnalın redaksiya heyətində Məhəmməd Əmin Rəsulzadə və Məmməd Sadıq Axundzadədən başqa aşağıdakı imza və adlar diqqət çəkir: Mirzə Bala Məmmədzadə, "Kamal", A. Uran, "Ayın Kaf", "Sənan", "Şəfi", "Azəri", "Mustafa", M. Sisyanlı, "H. C. L", Y. Əli, "Mir", Cəfər Sadiq.
Bu zəngin yazıçı kollektivi həm Azərbaycana, həm Türkiyəyə, həm də Avropanın müxtəlif ölkələrinə yayılmışdı. Bununla da "Azəri Türk" təkcə Azərbaycan və Türkiyədə deyil, dünyanın bir çox yerindən birinci əldən məlumat alıb oxucularına çatdırmaq imkanına malikidi. Jurnalın Fransa, Almaniya və Polşa kimi müxtəlif Avropa ölkələrində, İran və Əfqanıstan kimi Yaxın Şərq ölkələrində müxbirləri var idi. thumb|242x242px|Fotoda yazıçı heyətindən 4 nəfər var: Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyov, Mustafa bəy Vəkilov və Məmməd Sadıq Aran (İstanbul, 1927-ci il) M. Ə. Rəsulzadə, M. B. Məmmədzadə, Məhəmməd Sadiq, Şəfi bəy Rüstəmbəyli, "Kamal" təxəllüsü ilə Kamal Qənizadə bəy , "H. C. L" imzası ilə H. Cəmal bəy İstanbulda yaşayırdılar və məqalələrini burada yazırdılar, lakin jurnalda Rəsulzadənin müxtəlif səbəblərdən xaricə çıxması ilə əlaqəli orada yazdığı məqalələr də yer alırdı. Rəsulzadə 22 mart 1928 – 30 iyun 1928-ci il tarixləri arasında dərc olunmuş beş məqaləsini jurnal rəhbərliyinə Parisdən göndərmişdi. Parisdə olduğu müddətdə Fransa mətbuatını o cümlədən Almaniyadakı seçkiləri daha yaxından izləmək imkanı da qazanmışdı. Jurnalın Fransadakı heyətini "Azəri" təxəllüsü ilə yazan Rəsulzadə və "Mir" təxəllüsü ilə yazan Mir Qasım Mehdiyev təşkil edirdi. Almaniyadan jurnala göndərilən xəbərlər də isə A. Uranın imzası var. Jurnalın alman müxbiri və Berlində yaşayan A. Uranın xəbərləri ilə yanaşı məqalələri də jurnalda yayımlanırdı. Bundan başqa yazılarına "Mustafa" və ya "M" imzası qoyan Mustafa bəy Vəkilov Varşavadan göndərdiyi xəbərlər və siyasi yazıları ilə "Azəri Türk"ə öz töhfələrini vermişdi. Jurnalda tez-tez rastlaşdığımız "Daş Dəmir" imzasının sahibi Mirzə Bala Məmmədzadədən başqası deyildi. Bu imza ilə yazdığı məqalələrin altında "Bakı" yazmaqla məqalələrin guya Bakıdan göndərildiyi təsüratını yaratmış bununla da Sovet cəsuslarını çaşdıraraq İstanbulda daha rahat hərəkət etmək üçün özünə imkan yaratmışdır.
"Ayın Kaf" və ya "A. K." öz imzası ilə yazan şəxs jurnalın Yaxın Şərq müxbiri olub, Əfqanıstan və İranla bağlı ən son xəbərlər bu reportyor vasitəsilə jurnala daxil edilirdi. "Azəri Türk"ün İran müxbiri olan Cəfər Sadiq Təbrizdə yaşayırdı və oradakı ən son xəbərləri jurnala çatdırmaqdan məsul idi. İstanbulda yaşayan Sənan daha çox İran ədəbiyyatı ilə maraqlanmış və jurnalda İran türk şairlərini, daha dəqiq desək, Güney Azərbaycan ədəbiyyatını, Güney Azərbaycan şairlərini və onların şeirlərini tanıdan məqalələr dərc etdirmişdi. O, öz şeirləri ilə də azəri türkcəsinə töhfələr vermişdir. Jurnalın üz qabığında "nömrəmizə uyğun yazıları məmnuniyyətlə dərc edəcəyik" ifadəsinə sadiq qalaraq jurnal rəhbərliyinə göndərilən Azərbaycanın istiqlal davası ilə bağlı bir çoxu universitet tələbələri tərəfindən göndərilən məqalələr və şeirlər jurnalın nömrələrinə də daxil edilmişdir.
Jurnalın məqsədi Jurnalın məqsədi Məhəmməd Əmin Rəsulzadə tərəfindən ilk nömrədə yayımlanan "Tutduğumuz Yol" başlığı altında belə açıqlanmışdır: Məqsədlərini bu şəkildə ortaya qoyan Azəri Türkün nüsxələrinə nəzər saldıqda Azərbaycanla bağlı siyasi, ictimai və ədəbi yazıların çoxuna ilk səhifələrdə yer verildiyi görünür.
1928-ci ilin noyabr ayında 20-ci nömrənin nəşrindən sonra Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə ilə Məmməd Sadıq Axundzadə arasında baş verən anlaşmazlıqlar nəticəsində Rəsulzadə və M. B. Məmmədzadə jurnaldan ayrılaraq "Odlu Yurd" jurnalını yaradırlar. 1928-ci ilin dekabr ayından etibarən M. S. Axundzadənin rəhbərliyi ilə nəşr edilən jurnalda əvvəlki kimi yenə də Azərbaycanın müstəqillik mübarizəsini dəstəkləyən məqalələr çap olunmuşdur, lakin bu məqalələrdə Azərbaycanın müstəqilliyinin ancaq Qafqaz Birliyinin qurulması ilə mümkün olacağı fikri irəli sürmüşdür. Jurnalın 2 illiyinin qeyd olunması münasibətilə nəşr olunan 23-cü nömrəsində Axundzadə yazırdı: "Azəri Türk" Azərbaycan istiqlal mübarizəsini müdafiə etmək vəzifəsini öz üzərinə götürən milliyətpərvərlərin yayım orqanıdır. Jurnalımız əsirlikdə olan Türk ölkələrinin qurtuluşunu arzulayır və bunun yolunu Rusiya işğalına qarşı birləşərək mübarizə etməkdə görür". Axundzadə bu sözləri ilə öz fikirlərini açıq şəkildə ifadə edirdi. Bu məqsədlə demək olar ki, jurnalın bütün nömrələrində Məmməd Sadıq Axundzadənin Qafqaz Birliyinin əhəmiyyətini göstərən məqalələri çap olundu.
1929-cu ilin fevral ayının 5-də Şəfi bəy Rüstəmbəyli də jurnaldan ayrılaraq "Odlu Yurd" jurnalının yazıçı heyətinə qoşuldu.
Jurnaldan seçmələr Siyasi məsələlər