BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya — BMT Baş Assambleyası tərəfindən 13 fevral 1946-cı ildə qəbul edilib. Bəzən Nyu-York Konvensiyası da adlandırılır.
Tarixi 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılması müasir diplomatiya hüququnun proqressiv inkişafı yolunda mühüm təkan oldu. Belə ki, 1946 və 1947-ci illərdə BMT iki konvensiya qəbul etdi; BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya və BMT-nin ixtisaslaşdırılmış qurumlarının immunitet və imtiyazları haqqında Konvensiya. Hər iki konvensiya müasir diplomatiya hüququnda immunitet və imtiyaz institutunun inkişafına mühüm töhfə idi.
Haqqında 1946-cı il Konvensiyasında qeyd olunduğu kimi, bu konvensiyanın işlənib hazırlanmasının hüquqi əsasını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 104-105-ci maddələri təşkil edir. Bu maddələrdə deyilir ki, təşkilat onun üzvlərinin hər birinin ərazisində funksiyalarının yerinə yetirilməsi və məqsədlərinə çatması üçün vacib olan hüquq qabiliyyətindən istifadə edir. Bununla yanaşı, BMT Nizamnaməsində qeyd olunur ki, öz funksiyalarının həyata keçirilməsinin vacibliyi ilə təşkilatın özünə verilən immunitet və imtiyazların həcmi, təşkilat üzvlərinin nümayəndələrinin və təşkilatın vəzifəli şəxslərinin funksiyalarının səmərəli həyata keçirilməsinin vacibliyi ilə onlara verilən immunitet və imtiyazların həcmi müəyyən olunur. Başqa sözlə ifadə etsək, BMT rejiminin, onun üzvlərinin nümayəndələrinin və onun vəzifəli şəxslərinin rejiminin əsasında funksional zərurət nəzəriyyəsi durur.
BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası (Ümumi Konvensiya) 36 bölməni əhatə edən 9 maddədən ibarətdir. Bu konvensiyada təşkilat üzvlərinin nümayəndələrinin hüquqi vəziyyəti (IV maddə), BMT-nin vəzifəli şəxslərinin hüquqi statusu (V maddə), ekspertlərin immunitet və imtiyaz məsələləri (VI maddə), BMT-nin əmlakı, arxiv və sənədlərinin toxunulmazlığı (II maddə) və s. məsələlər tənzimlənir.
Ümumi Konvensiyanın 36-cı maddəsi əsasında BMT-nin Baş katibi ilə ABŞ-nin dövlət katibi arasında 1947-ci ildə “ABŞ ərazisində BMT və onun orqanlarının yerləşdiyi zolağın hüquqi vəziyyəti haqqında” xüsusi saziş imzalanmışdır. Həmin sazişə əsasən ABŞ ərazisində BMT orqanlarının və əməkdaşlarının toxunulmazlığı, diplomatik immunitet hüququ təsdiq edilir. Buna oxşar sazişlər BMT orqanlarının yerləşdiyi digər müvafiq dövlətlərlə də bağlanmışdır.
Ədəbiyyat H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh.
Kateqoriya:Hüquq Kateqoriya:Beynəlxalq müqavilələr Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Azərbaycanın müqavilələri Kateqoriya:Moldovanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Antiqua və Barbudanın müqavilələri Kateqoriya:Argentinanın müqavilələri Kateqoriya:Baham adalarının müqavilələri Kateqoriya:Avstraliyanın müqavilələri Kateqoriya:Barbadosun müqavilələri Kateqoriya:Banqladeşin müqavilələri Kateqoriya:Lesotonun müqavilələri Kateqoriya:Liberiyanın müqavilələri Kateqoriya:Latviyanın müqavilələri Kateqoriya:Lixtenşteynin müqavilələri Kateqoriya:Litvanın müqavilələri Kateqoriya:Livanın müqavilələri Kateqoriya:Lüksemburqun müqavilələri Kateqoriya:Burundinin müqavilələri Kateqoriya:Burkina-Fasonun müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Botsvananın müqavilələri Kateqoriya:Bosniya və Herseqovinanın müqavilələri Kateqoriya:Boliviyanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Belizin müqavilələri Kateqoriya:Bəhreynin müqavilələri Kateqoriya:Cənubi Koreyanın müqavilələri Kateqoriya:Cibutinin müqavilələri Kateqoriya:Çadın müqavilələri Kateqoriya:Çexoslovakiyanın müqavilələri Kateqoriya:Çexiyanın müqavilələri Kateqoriya:Çilinin müqavilələri Kateqoriya:Dominikan Respublikasının müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Dominikanın müqavilələri Kateqoriya:Ekvadorun müqavilələri Kateqoriya:Eritreyanın müqavilələri Kateqoriya:Ermənistanın müqavilələri Kateqoriya:Əlcəzairin müqavilələri Kateqoriya:Estoniyanın müqavilələri Kateqoriya:Ficinin müqavilələri Kateqoriya:Filippinin müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:Gürcüstanın müqavilələri Kateqoriya:Haitinin müqavilələri Kateqoriya:Xorvatiyanın müqavilələri Kateqoriya:Hondurasın müqavilələri Kateqoriya:İndoneziyanın müqavilələri Kateqoriya:İordaniyanın müqavilələri Kateqoriya:İrlandiyanın müqavilələri Kateqoriya:İslandiyanın müqavilələri Kateqoriya:İsrailin müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:İsveçrənin müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Kamerunun müqavilələri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Keniyanın müqavilələri Kateqoriya:Kiprin müqavilələri Kateqoriya:Kolumbiyanın müqavilələri Kateqoriya:Konqo Respublikasının müqavilələri Kateqoriya:Kosta-Rikanın müqavilələri Kateqoriya:Kot-d'İvuarın müqavilələri Kateqoriya:Kubanın müqavilələri Kateqoriya:Küveytin müqavilələri Kateqoriya:Qabonun müqavilələri Kateqoriya:Qambiyanın müqavilələri Kateqoriya:Qananın müqavilələri Kateqoriya:Qazaxıstanın müqavilələri Kateqoriya:Qırğızıstanın müqavilələri Kateqoriya:Qvatemalanın müqavilələri Kateqoriya:Qvineyanın müqavilələri Kateqoriya:Madaqaskarın müqavilələri Kateqoriya:Malavinin müqavilələri Kateqoriya:Maldiv adalarının müqavilələri Kateqoriya:Malinin müqavilələri Kateqoriya:Maltanın müqavilələri Kateqoriya:Mavrikinin müqavilələri Kateqoriya:Meksikanın müqavilələri Kateqoriya:Mərakeşin müqavilələri Kateqoriya:Mərkəzi Afrika Respublikasının müqavilələri Kateqoriya:Monakonun müqavilələri Kateqoriya:Monqolustan Xalq Respublikasının müqavilələri Kateqoriya:Monteneqronun müqavilələri Kateqoriya:Mozambikin müqavilələri Kateqoriya:Namibiyanın müqavilələri Kateqoriya:Nepalın müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Nigerin müqavilələri Kateqoriya:Nigeriyanın müqavilələri Kateqoriya:Nikaraquanın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Özbəkistanın müqavilələri Kateqoriya:Panamanın müqavilələri Kateqoriya:Papua-Yeni Qvineyanın müqavilələri Kateqoriya:Paraqvayın müqavilələri Kateqoriya:Perunun müqavilələri Kateqoriya:Portuqaliyanın müqavilələri Kateqoriya:Ruandanın müqavilələri Kateqoriya:Rumıniya Sosialist Respublikasının müqavilələri Kateqoriya:Salvadorun müqavilələri Kateqoriya:San-Marinonun müqavilələri Kateqoriya:Seneqalın müqavilələri Kateqoriya:Sent-Kits və Nevisin müqavilələri Kateqoriya:Sent-Lüsiyanın müqavilələri Kateqoriya:Sent-Vinsent və Qrenadinin müqavilələri Kateqoriya:Serbiya və Monteneqronun müqavilələri Kateqoriya:Seyşel adalarının müqavilələri Kateqoriya:Slovakiyanın müqavilələri Kateqoriya:Sloveniyanın müqavilələri Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Surinamın müqavilələri Kateqoriya:Syerra-Leonenin müqavilələri Kateqoriya:Şərqi Timorun müqavilələri Kateqoriya:Şimali Makedoniyanın müqavilələri Kateqoriya:Yəmən Ərəb Respublikasının müqavilələri Kateqoriya:Şri-Lankanın müqavilələri Kateqoriya:Tacikistanın müqavilələri Kateqoriya:Tailandın müqavilələri Kateqoriya:Toqonun müqavilələri Kateqoriya:Trinidad və Tobaqonun müqavilələri Kateqoriya:Tunisin müqavilələri Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:Türkmənistanın müqavilələri Kateqoriya:Uqandanın müqavilələri Kateqoriya:Uruqvayın müqavilələri Kateqoriya:Venesuelanın müqavilələri Kateqoriya:Vyetnamın müqavilələri Kateqoriya:Yamaykanın müqavilələri Kateqoriya:Yaponiyanın müqavilələri Kateqoriya:Yeni Zelandiyanın müqavilələri Kateqoriya:Yuqoslaviyanın müqavilələri Kateqoriya:Zambiyanın müqavilələri Kateqoriya:Zimbabvenin müqavilələri Kateqoriya:Almaniya Federativ Respublikasının müqavilələri Kateqoriya:Almaniya Demokratik Respublikasının müqavilələri Kateqoriya:Belorusiya Sovet Sosialist Respublikasının müqavilələri Kateqoriya:Bolqarıstan Xalq Respublikasının müqavilələri Kateqoriya:Macarıstan Xalq Respublikasının müqavilələri Kateqoriya:Polşa Xalq Respublikasının müqavilələri Kateqoriya:Ukrayna Sovet Sosialist Respublikasının müqavilələri