Herakl mağaraları () — Mərakeşin Tanca-Titvan regionunda yerləşən mağara.
Təsviri Karst tipli olan Herakl mağaraları Tanjer şəhərindən 14 kilometr qərbdə yerləşir.Grottes d'Hercules — The Caves of Hercules — Cave of Africa (ingiliscə) showcaves.com Herakl mağarlarının biri quruya, biri dənizə olan 2 çıxışı var. Ehtimal var ki, dənizə olan çıxışı Finikiyalılar yaradıb. Maraqlıdır ki dənizə olan çıxış Afrika qitəsinin formasını xatırladır, ona görə də mağaranın başqa adı "Afrika Mağarası"dı. Təbii yaranan Herakl mağaralarını Berberlər xeyli genişləndirdilər, onlar zeytun yağının istehsalı üçün istifadə edilən dəyirman daşılarını düzəltmək üçün mağaranın divarlarından daşlar götürürdülər Caves of Hercules (ingiliscə) fodors.com
Tarixi E.ə. 6000-cü il — neolit dövrünün yaşayış məskəni
1878-ci il — mağara yenidən aşkar edildi
1900-cu illər — mağara fahişəxana kimi istifadə olunub
1920-ci il — mağara publika üçün açıldı
1952=ci il — Milli irs obyekti elan edildi
1982-ci il — elektrik fənərlər quraşdırıldı
1995-ci il oktyabrın 23-ü — Britaniyanın Def Leppard rok qrupu mağarada konsert verdi.↑ Visiting the Caves of Hercules in Tangier, Morocco (ingilscə) (fransızca) (ispanca) bluedoorhotel.com, 11 aprel 2012 Həmin gün London və Vankuverdə də çıxış etməklə Def Leppard qrupu bir gün ərzində üç qitədə üç konsert verən dünyanın ilk rok qrupu oldu və Ginnesin Rekordlar Kitabına daxil edildi."Tangier: Hercules Cave (Grottes d'Hercules)" .
2003-cü il dekabrın 20-si — bir sıra tikinti işlərinin yaratdığı daş sürüşməsindən sonra publika üçün bağlandı
2004-cü il yanvar ayı — mağara yenidənqurma işləri ilə əlaqədar bağlandı
2015-ci il sentyabr ayı — Mərakeş kralı VI Mohamedin 2 illik bərpaedilmə işlərindən sonra yenidən açıldı
Əfsanələr Maöara uzun müddət "dibsiz" sayılırdı. Əfsanəyə görə, bu mağaradan Cəbəllütariq boğazının altından keçib, 24 kilometr yol qət edərək Cəbəli-Tariq qayasında yerləşən Müqəddəs Mixail mağarasına çıxmaq olar. Əfsanəyə görə, Berberi makakaları Afrikadan Cəbəllütariğa məhz belə keçiblər.
Digər əfsanədə deyilir ki, buranın Herkules mağaraları adlandırılmasının səbəbi odur ki, Herakl 11-ci qəhrəmanlığını etmədən öncə burada istirahət edib. Onun 11-ci qəhramanlığı təxminən Hesperidin bağından qızıl almalar oğurlamaq idi.
İstinadlar
Kateqoriya:Karst mağaraları Kateqoriya:Ekskursiya mağaraları Kateqoriya:Mərakeş mağaraları Kateqoriya:Mərakeşin görməli yerləri