Afurca nağılı qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir.
Məzmun Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir.
Afurca Quba rayonunun Güləzi inzibati ərazi vahidində kənddir. Cimi çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Adını ərazidəki eyniadlı Şəlalədən almışdır. Bu Şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan Şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Kənd də həmin Şəlalənin yaxınlığında yerləşir. Afurca sözünu tədqiqatçılar belə izah edirlər: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünun qismən təhrif olunmuş formasıdır. Toponim a (ab) "su", fur/for "Aşağı" və ca (castən) "sıçramaq" sözlərindən düzəlib, "su Aşağı sıçrayan (tökülən) yer, Şəlalə" deməkdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.. Əhalisi əsasən tatlardan ibarətdir. Tatlar özlərinə məxsus Afurca ləhcəsində danışırlar.
Filmin üzərində işləyənlər Ssenarist: Elmira Əliqızı Rejissor: Şahəddin Elxan Mayıloğlu Operator: Nəriman Şıxəliyev
İstinadlar
Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər