Xoze Paulo Bezerra Masyel Junior ya da bilinən adıyla Paulinyo — yarımmüdafiəçi mövqeyində forma geyinmiş keçmiş braziliyalı futbolçu.
Klub karyerası
Erkən karyerası Paulinyo 2004-cü ildə Pão de Açúcar klubunda futbola başladı. 2006-cı ildə Litva A Liqası komandalarından Vilnüs komandasına transfer olan Paulinyo, çıxdığı 38 oyunda 5 gol atdı.Vilnüs-ün 2. Liqaya düşməsi səbəbiylə 2007-ci ildə komandadan ayrılaraq Polşa liqası komandalarından Lodza transfer oldu. Burada 17 oyuna çıxan Paulinyo 2008-ci ilin yayında ilk kulübü Pão de Açúcar'a geri qayıtdı. Burada keçirdiyi uğurlu bir mövsümün ardınca 2009-cu ildə Braziliya B seriyası komandalarından Braqantino'ya transfer oldu.
Korintians 2009-cu ildə Bragantino'da oynadığı futbolla Korintians komandasının diqqətini özünə cəlb etdi.2010-cu ildə Korintians-a transfer oldu. Korintians formasıyla ilk qolunu 30 may 2010 tarixində Santos ilə oynanılan və sonda Korintians'ın 4-2 qazandığı oyunda atdı. Paulinyo Korintians klubu ilə Braziliya A seriyası və Libertadores Kubokunda oyunlara çıxdı.
16 dekabr 2012 tarixində Çelsi ilə oynanan Klublararası Dünya Kuboku final oyununda forma geyinərək qazanılan qələbədə və çempionluqda önəmli əməyə sahib olmuşdur.
Paulinho, Korintians klubunda çıxış etdiyi 86 oyunda 20 qol atmışdır.
Tottenhem Hotspur Paulinyo, 1 iyun 2013 tarixinde 17 milyon Funt sterlinq məbləğində İngiltərə Premyer Liqası klublarından Tottenhem Hotspur'a transfer oldu. Paulinyonun Tottenhemə transferi istər öz karyerası üçün istərsə də 2014-cü ildə baş tutacaq olan Dünya Kubokunda Braziliya heyətinə qatılması üçün önəmli addım oldu.
Barselona 14 avqust 2017-ci il tarixində Barselona,Quanjou klubuna Paulinyonun satışı müqabilində 40 milyon avroluq bir müqavilə imzaladı.
Karyerasını sonlandırması Paulinyo 8 sentyabr 2024-cü ildə peşəkar futboldakı karyerasını sonlandırdığını elan edib.
Braziliya yığmasındakı karyerası Paulinyo, Braziliya millisində ilk oyununu 14 sentyabr 2011 tarixinde Argentina ilə oynanan Superclásico de las Américas qarşılaşmasında keçirdi. İlk qolunu isə 20 sentyabr 2012 tarixində yenə Superclásico de las Américas qarşılaşmasında atdı.
2013 FİFA Konfederasyalar Kuboku Paulinyo, 2013-cü ildə baş tutan 2013 FİFA Konfederasiyalar Kubokunda 23 nəfərlik Braziliya milli komandası heyətinə seçildi. Bu turnirdə toplam 2 qol atdı və turnirin sonunda ən yaxşı üçüncü futbolçu olaraq Bürünc Top mükafatını qazandı.
Beynəlxalq oyunlarda qolları # Tarix Saha Rəqib Qol atdığı vaxt nəticə Ümumi nəticə Tədbir 1. 20 sentyabr 2012 Serra Dourada Stadionu, Goiânia, Braziliya Argentina 1–1 2–1 2012 Superclásico de las Américas 2. 16 oktyabr 2012 Myselki Stadionu, Vrotslav, Polşa Yaponiya 1–0 4–0 Yoldaşlıq oyunu 3. 2 Haziran 2013 Marakana stadionu, Rio de Janeyro, Braziliya İngiltərə 2–2 2–2 Yoldaşlıq oyunu 4. 15 Haziran 2013 Mane Qarrinça adına Braziliya Milli Stadionu, Braziliya, Braziliya Yaponiya 2–0 3–0 2013 FİFA Konfederasiyalar Kuboku 5. 26 Haziran 2013 Mineyrao stadionu, Belo Horizonte, Braziliya Uruqvay 2–1 2–1 2013 FİFA Konfederasiyalar Kuboku
Mükafatları Korintians Braziliya A seriyası (1): 2011 Libertadores kuboku (1): 2012 FIFA Klublararası Dünya Kuboku (1): 2012 Campeonato Paulista (1): 2013 Braziliya Superclássico das Américas (2): 2011, 2012 2013 FİFA Konfederasiyalar Kuboku (1): 2013 Şəxsi Braziliya A seriyası ilin komandası:2011,2012 Gümüş top: 2011 2013 FIFA Konfederasyonlar Kuboku: 2013
Həmçinin baxın Transfermarkt-də Paulinho
İstinadlar
Kateqoriya:1988-ci ildə doğulanlar Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Çində legioner Braziliya idmançıları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Korintians FK futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Çin Super Liqası futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:2013 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:İspaniyada legioner Braziliya idmançıları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Çində legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular