Elmira Kərimova () — Azərbaycanın teatr və kino aktrisası, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının əməkdar artisti. Sumqayıt Dövlət Dram Teatrının aktrisası.Prezident mükafatçısı.
Həyatı Kərimova Elmira Nəsir qızı 1972-ci il, oktyabr ayının 9-da Sumqayıt şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə Sumqayıt şəhər 27№-li orta məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə orta təhsilini başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinə qəbul olmuş, 1996-cı ildə "Musiqili Teatr Aktyorluğu" ixtisası üzrə tam kursu bitirmişdir.1997-ci ildə ailə vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikasına köçmüşdür. 1999-cu ildən 2013-cü ilin avqust ayına qədər C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrda çalışmaqla yanaşı, 2006-cı ilin dekabr ayının əvvəlindən 2015-ci ilin oktyabr ayının 23-nə qədər Naxçıvan Dövlət Uşaq Teatrında direktor vəzifəsində çalışmışdır. 2015-ci il, dekabr ayının 1-dən etibarən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Ədəbi-Bədii Verilişlər" redaksiyasında redaktor vəzifəsində çalışıb.2022-ci ildə Sumqayıt Dövlət Dram Teatrına aktyor heyətinə qəbul edilib.
Mükafatları 2004-cü il 19 May tarixində Naxçıvan Muxtar Respublikasının əməkdar artisti;2008-ci il 25 Sentyabr tarixində isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına, 2006-cı ildə ,2011-ci ildə və 2018-ci ildə Prezident mükafatına layiq görülüb.
Ailəsi 1993-cü ildə teatr aktyoru və rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Səmavi(1968-2021) ilə ailə həyatı qurmuşdur.İki övladı var.
Yaradıcılığı Naxçıvan Dövlət Musiqili Dram Teatrında oynadığı rollar: Ağabəyim ağa, Gülrux("Hökümdar və qızı","Şeyx Xiyabani" İ. Əfəndiyev) Almas, Rəna, Firəngiz, Xumar ("Topal Teymur","İblis","Səyavuş","Şeyx Sənan" H. Cavid) Şirin ("Fərhad və Şirin" S. Vurğun) Qumru ("Dirilən adam", M. C. Paşayev) Gilan ana ("Əlincə qalası", H. Arzulu) Məhsəti ("Məhsəti", K. Ağayeva) Çiçək ("Ana laylası", İ. Çoşqun) və s.
Naxçıvan Dövlət Uşaq Teatrında oynadığı rollar: Tülkü, Nənə ("Meşə əhvalatı","Siçanların kələyi" B. İsgəndərli) Cadugər ("İgidlik imtahanı", A. Salmanlı) Fatı xala, Yuxu mələyi ("Daşdəmirin nağılı","Fəridin yuxsu" V. Səmavi)
İstinadlar
Xarici keçidlər http://medeniyyet.az/page/news/23514/Sehneden-sehneye.html
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Sumqayıtda doğulanlar