28 iyun — bədii serial. Rejissor Elmir Süleymanov tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Xəzər televiziyasında istehsal edilmişdir. Filmdə əsas rolları Xanım İbrahimova, İlqar Cahangirov, Qurban İsmayılov, Hikmət Rəhimov və Kəmalə Mehdiyeva ifa edirlər.
Məzmun 2006-cı il. 3 dost ova çıxırlar, lakin özləri ov olurlar. Müəmmalı şəkildə kimsə onların üçünü də yaralayır. Xəstəxanaya çatdırıldıqdan sonra həmin gecə növbətçi olan tibb universitetinin tələbəsi Aysel (Xanım İbrahimova) təcrübəsizlikdən xəstələrdən birinə (İlqar Cahangirov) dozadan artıq iynə vurur və xəstə keçinir. Aysel isə həbs olunur...
Filmin üzərində işləyənlər Ssenarist: Gülay Hüseynova, Zafer Kayim Rejissor: Elmir Süleymanov Operator: Cavanşir Ağayev, Ramin Bəşirov Prodüser: Sarvan Zamanov Rəssam: İqbal Əliyev, Nailə Əliyeva
Rollarda Xanım İbrahimova — Aysel İlqar Cahangirov — Azər Qurban İsmayılov — Müzəffər Hikmət Rəhimov — Ramil Kəmalə Mehdiyeva — Tamilla İlham Əsədov — Yalçın Aysel Nəsirzadə — vəkil Asya Atakişiyeva — Qumru Adəm Orucov — Camal həkim Ülfət Bəşir — Ayda Xuraman Əliyeva — Günay Rövşən Məmmədov — Eldar Corc Qafarov — Famil Elçin Əfəndi — Kamil Böyükxanım Əliyeva — Səriyyə nənə Elvin Əhmədov — Kamran Pərvanə Qurbanova — Şəfiqə
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2016-cı ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri Kateqoriya:2016-cı ilin Azərbaycan teleserialları