Təknə dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1949,0 m). Dərələyəz silsiləsindən cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Gərməçataq kəndindən 2,3 km сənub-şərqdədir. Orta Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş cənub-şərq yamacı sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, onun şimal-şərq cinahına aid Yuxarı Buzqov sinklinalının cənub-qərb qanadında yerləşir. Həmçinin bax: Böyükdüz dağı Cuğağıl dağı Abdal (dağ)
İstinadlar
Kateqoriya:Şahbuz rayonunun dağları