Sərkidağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2697,2 m). Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan eyniadlı qolunda Əylisçayla Ordubadçayın suayırıcısında zirvə. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.
Həmçinin bax: Qapıcıq dağı Qızılboğaz dağı Xarxat dağı
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri