Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, əvvəl Zəngibasar rayonunda, sonralar isə Üçkilsə (Eçmiədzin) rayonuunda kənd.
Tarixi Rayon mərkəzindən 6 km cənub-qərbdə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.262 qeyd edilmişdir.
Kənddə 1828-ci ilə kimi azərbaycanılılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–29-cu illərdə İranın Xoy vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmişHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.138 və azərbaycanlılar kənddən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Kənd Böyük Qarasu çayından çəkilən arxın kənarında İrəvan xanı Səfıqulu xanın (1655–1680) arvadı Xatun tərəfindən salınmışdır. Ona görə də kənd Xatınarx adlandırılmışdır. Toponimin əvvəllindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdirİbrahim Bayramovun "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" adlı əsəri
İstinadlar
Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri