Tibbi coğrafiya- coğrafiya və tibb elmlərinin şöbəsidir. Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin əhalinin sağlamlığına necə təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiya tibbi coğrafiyanın mühüm bir şöbəsidir.

Tibbi-coğrafi xəritə Tibbi-coğrafi xəritə coğrafi mühitin insan sağlamlığına təsirinin ərazi xüsusiyyətlərinin xaratkerini işarələrlə əks etdirən xəritədir.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Tibbi iqlimşünaslıq Tibbi iqlimşünaslıq coğrafiya və tibb elmi qovuşuğunda olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və yayılmasını öyrənir.

Həmçinin bax Tibb

Coğrafiya

İstinadlar Kateqoriya:Coğrafiyanın bölmələri Kateqoriya:Antropocoğrafiya Kateqoriya:Biocoğrafiya Kateqoriya:Sağlamlıq